Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Fevral 16:14
Şərh Yoxdur
2078

Hansı işlərdə tələsmək bəyənilir?

Baxmayaraq ki, tələskənlik – bir çox hallarda bəyənilməyən əməldir, ancaq bəzi işlərdə tələsmək müsbət bir hal kimi qiymətləndirilir.

 

1. Xeyir işlərdə. “Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər (yəhudilər Beytül-Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kə’bəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın”. (“Bəqərə” 148).

 

2. Şər ilə mübarizə aparan zaman. İmam Əli (ə) buyurur: “Tələsmək hər bir işdə bəyənilməyəndir, məgər şəri dəf etmək məqamından başqa”.

 

3. Bəxşiş edən zaman. İmam Əli (ə) buyurur: “Səxavətin başı, bəxşiş edən zaman tələsməkdədir”.

 

4. Günahı tərk edən zaman. “Tələsmək bəyənilməyəndir, məgər günahı tərk etməkdən başqa”.

 

5. Meyiti dəfn edən zaman.

 

6. Namazı vaxtında əda etmək üçün. Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey gərək təxirə salınmasın: namazın vaxtı gəlib çatan zaman, cənazə basdırılmağa hazır olan zaman, münasib həyat yoldaşı tapan zaman qadının ərə getməsi”.

 

7. Ərə getməyə hazır olan qızları ərə verməkdə tələsmək.

 

8. Tövbə edən zaman. İmam Əli (ə) buyurur: “Əgər günaha düçar olmusansa, onu tövbə ilə məhv etmək üçün tələs”.

 

9. Mənəvi mövzularda. İmam Əli (ə) buyurur: “Nə zaman axirət işləri meydana gələr, ona başla. Nə zaman dünya işləri meydana gələr, onda tələsmə ki, doğruluğuna əmin olasan”.

 

10. İnsanların giriftarlıqlarını həll edən zaman.

 

11. Heyvanın boğazını kəsən zaman tələsin ki, daha az əziyyət çəksin.

 

12. Gündəlik namazların qəzasını qılmaqda tələsin.

 

13. Müstəhəbdir ki, müsafir vətəninə tez çatmağa tələssin. (Həvzəh/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..