Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Dekabr 12:01
Şərh Yoxdur
7557

Hansı dilənçilərə pul verə bilərik?

Dinimiz buyurur ki, dilənmək insan şəxiyyətini alçaldan əməldir, ona görə də ondan çəkinin. O kəs ki, dilənir, cəmiyyətin başqa üzvlərinin sayəsində dolanışığını qurmağa çalışır ki, bu da bəyənilən əməl deyildir. Lakin buna baxmayaraq, İslam dini rəhmət dini olduğu üçün müsəlmanlara göstəriş verir ki, dilənçilərə sədəqə verib onlara yardım etsinlər. Bəs hansı dilənçiyə yardım edə bilərik?

 

Heç bir dilənçinin dediyi bəhanələr bizim üçün hüccət ola bilməz. Bizim ona yardımımız sadəcə Allah rizası üçün olmalıdır. Onun dediklərinin düzlüyü barəsində araşdırma aparmağa ehtiyac yoxdur.

 

İmam Baqir (ə) buyurur: “Dilənçiyə bir şey verin, hətta əgər ata minmiş olsa belə”. Burada at bir metafordur. İmam (ə) buyurur ki, dilənçi zahirdə imkanlı görünsə də, dilənçilik etdiyi üçün ona bir şey verin, yardım edin. Çünki yardım üçün əlini sizə tərəf uzatmışdır. (Tebyan/Deyerler)

 

Həzrət Peyğəmbər (s) buyurur: “Dilənçini istəyindən ümidsiz etməyin”.

 

İmam Əli (ə) Kumeylə buyurur: “Ey Kumeyl! İstəyəni geri qaytarma, hətta əgər xurmanın yarısı və ya üzümün yarısı qədər olsa belə”.

 

Quranda buyurulur ki, əgər dilənçiyə yardım etməyə gücün çatmırsa, ən azı ona xoş söz deyərək yola sal: “Əgər (əlin boş olduğuna görə və) Rəbbin tərəfindən axtardığın rəhmət (sənə gəlməsi və sənin də onlara verərək ehtiyaclarını aradan qaldırmaq) ümidi ilə onlardan üz çevirməli olsan da, onlara yumşaq bir söz de”. (“İsra” 28).

 

Ona görə də nə zaman dilənçi ilə rastlaşsaq, onun dedikləri bəhanələrə görə deyil, məhz Allahı razı salmaq üçün ona yardım edək. Əgər gücümüz çatmırsa ona xoş söz deyib, yola salaq. Fərqi yoxdur ki, həmin dilənçi qadındır, yoxsa uşaqdır, şikəstdir, yoxsa sağlamdır…

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..