Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Aprel 22:41
Şərh Yoxdur
2730

Hacı Əhliman Türkiyədə keçirilən Hz. Mehdinin mövlud tədbirində iştirak edib

İğdır – Tuzlucada Həzrət Mehdinin (ə.f) təvəllüdü münasibəti ilə tədbir keçirilib

İğdırın Tuzluca qəsəbəsində Həzrət İmam Mehdinin (ə.f) təvəllüdü münasibəti ilə bu gün mərasim təşkil olundu. Artıq 9 ildir ki, Türkiyə “Cəfəri Alimlər Birliyi” və İğdır “Ali-Əba” dərnəyinin birgə təşkil etdiyi tədbirə Türkiyə, Azərbaycan, Gürcüstan və İrandan bir sıra din xadimləri, alimlər və dövlət rəsmiləri dəvətli idi.
Kanal on4, CEM tv və Kackar Tv vasitəsi ilə canlı yayımlanan tədbirdə çıxış edən Türkiyə Cəfəriləri lideri Şeyx Səlahəddin Özgündüz, İranın Zəncan şəhərinin İmam cüməsi Ayətullah Hatəmi, Bakıda yerləşən Hacı Cavad məscidin İmam cüməsi dəyərli din alimi Hacı Əhliman Rüstəmov, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və başqa ruhani və elm adamları Həzrət İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin və zühurunun tezləşməməsinin səbəbləri, zühurun və intizarın mahiyyət və fəlsəfəsi, İslam ümmətinin İmamın zühuru üçün üzərinə düşən vəzifələr və s. mövzular haqqında geniş söhbətlər etdilər. Tədbirə dəvət olunan Gürcüstanlı Əhlibeyt məddahı Səid Həsən ilahilər oxudu. Nəhayət şeir və qəsidələrlə davam edən tədbir az yaşlı uşaqların birgə oxuduğu ilahi və Fərəc duası ilə sona çatdı.

 

 

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..