Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Aprel 15:09
Şərh Yoxdur
2837

Hacı Əhliman Gürcüstanda keçirilən bayram tədbirində iştirak edib

Gürcüstanın Qardabani şəhərində Əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) peyğəmbərliyə təyin olunduğu gün, “Məbəs” bayramı münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbirdə yerli və Azərbaycan, Almaniya və İrandan ilahiyyatçı alimlər, rayon və ətraf kəndlərdən dəvət olunan inanclılar və ictimaiyyət xadimləri iştirak ediblər.

Tədbirin aparıcısı Məşhədi Vidadi Qurbanov məclisin öncə Qurani-kərimin tilavəti ilə açıq elan olunması üçün Azərbaycanlı mahir Quran qiraətçisi Ruslan Qasımovu kürsüyə dəvət edib. Sonra yerli ruhanilərdən olan Əhlibeyt hikməti cəmiyyətinin sədri Hacı Namiq Hüseynov qonaqları təqdim edərək təbriklərini çatdırıb.

Mərasimin təşkilatçısı olan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məclis iştirakçılarına təbrik etdikdən sonra Peyğəmbər (s) və pak əhlibeytinin (ə) viladət və şəhadət günlərinin keçirilməsinin məqsəd və faydalarından danışıb.

Sonra kürsüyə dəvət olunan Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Hacı Cavad məscidinin axundu, tanınmış din alimi Hacı Əhliman Rüstəmov, Almaniyanın imam cümələrindən olan, din alimi Hacı Kerim Ucar, Almusta Beynəlxalq Universitetinin nümayəndəsi Hacı Davud Zare çıxışları zamanı əziz İslam peyğəmbərinin şəxsiyyəti, İlahi missiyası, fəziləti, amal və hədəfləri, gətirdiyi son və kamil dinin özəllikləri və örnəkləri haqqında söhbətlər ediblər.
Bayram süfrəsi ətrafında keçirilən mərasimdə Almaniyadan qonaq olan Hasan Babur yazdığı dini şeirlərlə məclis içtirakçılarının qəlbini oxşuyub. Gənc məddah Səid Həsənin ifasında dini ilahilər səsləndirilib. Bayram tədbiri İmam Zaman (ə) duasının oxunması ilə sona çatıb.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..