Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Oktyabr 11:05
Şərh Yoxdur
224

HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATINA QISA BİR BAXIŞ

Cəmadiul-əvvəl ayının 5-i  iffət və müqavimət nümunəsi xanım Zeynəbin (s.ə.) doğum günüdür. Bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir, o xanımın həyatı ilə bağlı qısa məlumatı diqqətinizə çatdırırıq:

İmam Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s.ə.) evliliyindən beş övlad dünyaya göz açdı: Həsən, Hüseyn, Zeynəb, Ümmü-Gülsüm və Möhsin!

Xanım Zeynəb (s.ə.) bu ailənin 3-cü övladıdır. “Zeynəb” sözünün iki mənası var: 1. Ətirli və mənzərəli ağac; 2. Atasının zinəti. (“Lisanul-ərəb”, 1-ci cild, səh.453; “Tacul-ərus min cəvahiril-qamus”, 2-ci cild, səh.60.)

Müxtəlif rəvayətlərə əsasən, xanım Zeynəbin (s.ə.) adı Allah-Taala tərəfindən, Peyğəmbəri-Əkrəmin (s) vasitəsilə qoyulmuşdur. Tarixdə göstərilir ki, xanım Zeynəb (s.ə.) dünyaya göz açdığı zaman Peyğəmbəri-Əkrəm (s) səfərdə olduğundan, xanım Fatimeyi-Zəhra (s.ə.) imam Əlidən (ə) istəyir ki, uşağa ad qoysun. İmam Əli (ə) buyurur: “Mən atan Peyğəmbərdən (s) irəli keçmərəm. Gözləyək Peyğəmbər (s) səfərdən gəlsin və məsləhət bildiyi adı uşağa qoysun.”

Peyğəmbər (s) üç gündən sonra səfərdən qayıdır. İmam Əli (ə) bu xəbəri Peyğəmbərə (s) çatdırıb, ondan uşağa ad qoymasını xahiş edir. Peyğəmbər (s) buyurur: “Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərar vermək və onlara ad seçmək yalnız Allaha məxsusdur.”

Ondan sonra vəhy mələyi Cəbrail-Əmin nazil olub deyir: “Ey Allahın Rəsulu! Allah sənə salam yetirib buyurur: Bu qızın adını Zeynəb qoy! Çünki Mən bu adı “Lövhi-Məhfuz”da yazmışam.”

Bunu eşidən Peyğəmbər (s) Zeynəbi ağuşuna alıb öpür və buyurur: “Ümmətimə tövsiyə edirəm ki, bu qızın hörmətini qoruyub-saxlasınlar. Həqiqətən, o, Xədiceyi-Kubraya bənzəyir.” (“Əl-xəsaisətuz-Zeynəbiyyə”, Seyid Nurəddin Cəzairi, səh.55.)

Yəni xanım Xədiceyi-Kubranın (s.ə.) İslamda fədakarlıqları kimi, xanım Zeynəbi-Kubranın (s.ə.) da İslam yolunda fədakarlıqları, dözümlülüyü, şücaət və mübarizəsi bu dinin əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.

Xanım Zeynəbi-Kubra (s.ə.) 5-ci (yaxud 6-cı) hicri-qəməri ilinin Cəmadiul-əvvəl ayının 5-də Mədinədə dünyaya göz açır və beş yaşında ikən, babası Peyğəmbəri-Əkrəm (s) əbədiyyətə qovuşur. Anası xanım Fatimeyi-Zəhra (s.ə.) da bu dünyada Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra 75 və yaxud 95 gündən çox yaşamır. Anasından sonra onun tərbiyəsini imam Əli (ə) və qardaşları Həsənlə (ə) Hüseyn (ə) öz öhdələrinə götürürlər.

Xanım Zeynəbin (s.ə.) qardaşı Hüseynə (ə) məhəbbəti hədsiz olduğundan, ailə həyatı qurmaq istədiyi zaman elçiliyinə gələn əmisi oğlu Abdullah ibn Cəfərlə şərt kəsir ki, hər zaman imam Hüseyn (ə) səfərə getmək istəsə, qardaşımla birlikdə səfərə çıxmağıma mane olmasın.

Bu evlilikdən dörd oğul və bir qız dünyaya gəlir: Əli, Ovn, Abbas, Məhəmməd və Ümmü-Gülsüm. Ovn ilə Məhəmməd Kərbəla faciəsində şəhadətə yetirlər. (“Həzrət Zeynəb – furuğe tabane-Kovsər”, Məhəmmədi İştihardi, səh.17; “Əl-xəsaisətuz-Zeynəbiyyə”, Seyid Nurəddin Cəzairi, səh.44.)

Xanım Zeynəb (s.ə.) 35 yaşında atası imam Əli (ə), 45 yaşında isə böyük qardaşı imam Həsən (ə) şəhadətə yetirlər. İmam Həsənin (ə) şəhadətindən sonra 10 il qardaşı imam Hüseynin (ə) kənarında həyatın ağrı-acılı hadisələrinin şahidi olur, həyatında ağır müsibətlərlə üzləşir. Amma onun Kərbəla faciəsində öz gözü ilə şahid olduğu müsibətləri qələmlə təcəssüm etmək mümkünsüzdür. O, altı qardaş (imam Hüseyn (ə), Əbülfəzl-Abbas (ə), Cəfər, Osman, Abdullah (Ümmül-Bəninin oğulları) və Ovn (Əsmanın oğlu) dağı gördü. Gözünün iki nuru – Ovn və Məhəmməd adlı iki yeniyetmə oğlu Kərbəlada şəhid oldu. Bunlardan əlavə, Əliəkbər, Qasim və Abdullah kimi qardaşı uşaqlarının da dağına dözdü. Xanım Zeynəb (ə) qardaşlarının başlarının bədənlərindən ayrılmasını, xeymələrin yanmasını və yetim uşaqlara zülm olunmasını, əsarət günlərinin ağrı-acısını da gördü. Kərbəla faciəsindən sonra xanım Zeynəb (ə) Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, oradan da Şam şəhərinə aparıldı. Bütün bu müsibətlərə görə xanım Zeynəb (s.ə.) “Müsibətlər anası” adlandırılmışdır.

Nəhayət, xanım Zeynəb (s.ə.) Kərbəla faciəsindən bir il neçə ay sonra, 62-ci hicri-qəməri ilinin Rəcəb ayının 14-ü (və yaxud 15-i), bazar günü Şamda (Suriya) təqribən 57 yaşında ikən əbədiyyətə qovuşdu. (“Zeynəbul-Kubra minəl-məhdi iləl-ləhd”, səh.591.)

Digər “Əhli-Beyt ” Xəbərləri

10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.

Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və... Davamı..

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.   İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi... Davamı..

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti ✅1). Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun; Quran baxımından insanların bir-birindən təkcə üstün... Davamı..

PEYĞƏMBƏRİN (S) HƏYATI

Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in... Davamı..

İmam Həsən Əskəri (ə.s)-ın Şəhadəti

Abbasi xəlifələri və Abbasi iqtidarının nümayəndələri, Əhli-Beyt İmamlarının (ə) on iki nəfər olduğunu və on ikincisinin qeybətdən sonra zühur edib zalımların batil... Davamı..

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..