Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Sentyabr 13:30
Şərh Yoxdur
1348

Həzrət Zeynəb (s.ə): Siz kənizlər kimi yaltaq, zibillikdə bitən bitkilər kimisiniz

Bəşir ibn Huzeym Əsədi deyir: “Əmirəl-mömininin (ə) qızı Zeynəbi (s.ə) gördüm. Allaha and olsun, ömrüm boyu ondan natiq bir qadın görməmişdim. Elə bil ki, Əlinin (ə) sözləri onun dilindən söylənilirdi”.

 

Nagəhan, əsirlərin içərisindən Zeynəb kufəlilərin sakit olmalarını işarə etdi. Nəfəslər sinələrdə həbs oldu, dəvələrin boynundan açılmış dəmir zəncirlərin cingiltili səsləri kəsildi. O alimə xanım sözə başladı:

Zeynəb (s.ə) Mutəal Allaha həmd edəndən, Muhəmməd Rəsulullahə (s) və onun pak övladlarına salavat-salam göndərəndən sonra buyurdu: “Ey kufəlilər! Ey hiyləgər və riyakar camaat! Siz bizə görə ağlayırsınızmı? Hələ bizim gözlərimiz ağlardır və ah naləmiz sona çatmayıb! Siz saçlarını qəşəng darayan, sonra isə hörüklərinin hamısını açıb bir-birinə qarışdıran dəli arvadlara oxşayırsınız. Siz əvvəldə məkr və hiylə ilə saçlarınızı möhkəm hördünüz, sonra isə açdınız. İçinizdə yalandan, xudbinlikdən, fitnə fəsaddan, düşmənçilikdən başqa bir şey yoxdur. Siz kənizlər kimi yaltaq, düşmənlər təki hiyləgərsiniz. Siz zibillikdə bitən bitkilər kimisiniz. Siz qəbirlərə zinət vurulmuş gümüş kimisiniz. Doğurdan da axirətiniz üçün nə qədər pis azuqə toplamısınız! Çünki, Allahı qəzəbləndirmiş, özünüz üçün əbədi əzab hazırlamalısınız. Bizi öldürəndən sonra hamımıza ağlayırsınızmı?! Bəli, Allaha and olsun ki, ağlamağa layiqsiniz; çox ağlayıb, az gülün. Çünki, siz öz adınıza elə əbədi rüsvayçılıq damğası vurmusunuz ki, heç bir su ilə pak edə bilməyəcəksiniz. Bilməlisiniz ki, çox pis günaha batıb qiyamətiniz üçün çox pis azuqə hazırlamısınız. Ölüm olsun sizə, Allahın rəhmətindən uzaq olasınız! Sizin səyləriniz ümidsizliyə sarı getdi və əlləriniz ziyankar oldu. Sizin bu alveriniz, özünüz üçün ziyanla dolu olan zərərə çevrildi. Həqiqətən, Allahın qəzəbinə düçar oldunuz və xarlıq, zillət sizi bürüyübdür. Vay olsun sizə, ey Kufə camaatı! Heç bilirisinizmi ki, Rəsulullahın (s) hansı ciyər-parasını parçalamısınız? Onun hansı ismət hərəmlərinin pərdəsini çölə salıb əsir etmisiniz? Onun hansı qanını yerə tökmüsünüz? Heç bilirsinizmi ki, Peyğəmbərin hansı hörmətini tapdalamısınız? Hansı iyrənci və yaramaz hərəkətlərə mürtəkib olmusunuz? Sizin etdiyiniz böyük və misilsiz zülmləriniz yeri göyü bürümüşdür. Heç bunlardan xəbəriniz varmı? Siz asimanların qan ağlamasına təəccüb edirsinizmi?! Amma bilin ki, axirət əzabınız xaredici və şiddətli tərzdə olacaq. Həmin gün heç kəs sizə kömək etməyəcək. Bəs Allahın sizə verdiyi bu möhlətdən pis istifadə edib öz həddinizi aşmayın. Çünki, Allah-Təala günahkarları cəzalandırmaqda heç vaxt tələsmir; O, intiqam vaxtının keçib getməsindən heç də qorxmur. Allah-Təala günahkarları (gec-tez) cəzalandıracaq”.

Ravi deyir:  “Allaha and olsun, küfəlilər Zeynəbin bu çıxışını eşidərkın heyrət içində qərq olub ağlayırdılar, barmaqlarını dişləri arasına alıb donub qalmışdılar. Mənim yanımda qoca bir kişi durmuşdu. Onun göz yaşı saqqalını islatmışdı. Qoca kişi hönkür-hönkür ağlayır və deyirdi: «Atam, anam sizə qurban olsun! Sizin qocalarınız ən yaxşı qoca, cavanlarınız ən yaxşı cavan, qadınlarınız ən yaxşı qadın, pak sülaləriniz ən yaxşı sülalələrdir ki, hec vaxt məğlub olmazlar”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) ŞƏHADƏTİ

Şiə və sünni tariхçiləri Əbu Rafеnin həyat yoldaşı Səlmaya istinadən bеlə nəql еdirlər: “Mən həzrət Fatimədən (s.ə.) ömrünün aхırlarında bəzi məsələlər haqda... Davamı..

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) MƏQAMI

1. Xanım Fatimeyi-Zəhra (s.ə.) – qadınların ən üstünü: Məşhur əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdə aşkar şəkildə göstərilir ki, xanım Fatimeyi-Zəhra... Davamı..

HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATINA QISA BİR BAXIŞ

Cəmadiul-əvvəl ayının 5-i  iffət və müqavimət nümunəsi xanım Zeynəbin (s.ə.) doğum günüdür. Bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir, o xanımın... Davamı..

10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.

Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və... Davamı..

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.   İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi... Davamı..

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti ✅1). Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun; Quran baxımından insanların bir-birindən təkcə üstün... Davamı..

PEYĞƏMBƏRİN (S) HƏYATI

Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in... Davamı..

İmam Həsən Əskəri (ə.s)-ın Şəhadəti

Abbasi xəlifələri və Abbasi iqtidarının nümayəndələri, Əhli-Beyt İmamlarının (ə) on iki nəfər olduğunu və on ikincisinin qeybətdən sonra zühur edib zalımların batil... Davamı..