Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Fevral 11:52
Şərh Yoxdur
3318

Həzrət Zəhranın (s.ə) məqamı əhli-təsənnünün nəzərində

Həzrət Zəhranın (ə) ali məqamı ilə bağlı çox sayda kitablar yazılmış və çox sayda sözlər deyilmişdir. Ancaq buna baxmayaraq, bütün bunlar Xanımın (s.ə) fəzilət okeanının bir damcısını belə etmir.

Şübhəsiz ki, əziz Peyğəmbərin (s) gözünün nuru olan Həzrət Fatimə (s.ə) haqqında dedikləri – öz sözləri deyildir. Belə ki, Allah Təala Peyğəmbər (s) barəsində buyurmuşdur: “O, (Qur’anın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir”. (“Nəcm” 3-4).

Həzrət Fatimənin (s.ə) atası yanında məqamı böyük idi və bunu o cümlədən, əhli-təsənnün alimləri də etiraf edirlər. Bunu əhli-təsənnündən nəql edilən hədislərdə də görmək olur. (Həvzəh/Deyerler)

Həzrət Peyğəmbər (s) buyurur: “Fatimə (s.ə) – mənim bədənimin bir parçasıdır, hər kim onu qəzəbləndirər, məni qəzəbləndirmiş olar”.

“Həqiqətən, də Fatimə (s.ə) mənim bir parçamdır. Hər kim onu incidər, məni incitmiş olar”.

Həzrət Peyğəmbər (s) Həzrət Zəhraya (s.ə) buyurur: “Allah sənin qəzəbinlə qəzəblənər və razılığın üçün razı olar”.

Mustədrək Aişədən nəql edir ki, Fatiməyə (s.ə) deyibdir: “Sənə o şeyi müjdə verim ki, Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Behişt qadınlarının sərvəri dörd qadındır: İmranın qızı Məryəm (s.ə), Muhəmmədin (s) qızı Fatimə (s.ə), Xuvəylədin qızı Xədicə (s.ə), Məzahimin qızı Asiya (s.ə)””.

İbni Abbas nəql edir: “Peyğəmbər (s) buyurub: Qızım Fatimə (s.ə) huridir. Ona görə Fatimə adlandırılıb ki, Allah onu və onu sevənləri oddan uzaq etmişdir””.

Əhməd ibni Hənbəl nəql edir: “Peyğəmbər (s) nə zaman səfərə getsə idi, son görüşünü Fatimə (s.ə) ilə qərar verərdi. Nə zaman qayıtsa idi, ilk görüşünə getdiyi insan Fatimə (s.ə) olardı”.

Tirmizi Aişədən nəql edir: “Heç kəsi Fatimə (s.ə) qədər Peyğəmbərə (s) sima, dəlil və hidayət cəhətdən bənzədiyini görmədim. O, nə zaman Peyğəmbərin (s) yanına gəlsə idi, ayağa qalxar və onu öpər və öz yerində əyləşdirərdi”.

Mustədrək nəql edir: “Peyğəmbər (s) buyurur: “O zaman ki, Qiyamət gəlib çatar, carçı ərşin daxilindən car çəkər: “Ey hazır olanlar, cəmlənin! Başınızı aşağı salıb, gözlərinizi bağlayın ki, Muhəmmədin (s) qızı Fatimə (s.ə) Siratdan keçəcəkdir”. O, hurilərdən olan 70 min kənizlə işıq surətilə keçər”.

Allah Təala bizləri Həzrət Zəhranı (s.ə) sevənlərdən qərar versin, inşəallah.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..

Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.s.) və onun başına gətiriləcək müsibətlərdən danışır!

Peyğəmbəri-Əkrəmin (s) öz sevimli qızı xanım Fatimeyi-Zəhraya (ə.s.) məhəbbət və ehtiramı yalnız atalıq hisslərindən qaynaqlanmırdı. O həzrət qızına böyük gözlə baxır, böyük... Davamı..

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) ŞƏHADƏTİ

Şiə və sünni tariхçiləri Əbu Rafеnin həyat yoldaşı Səlmaya istinadən bеlə nəql еdirlər: “Mən həzrət Fatimədən (s.ə.) ömrünün aхırlarında bəzi məsələlər haqda... Davamı..

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) MƏQAMI

1. Xanım Fatimeyi-Zəhra (s.ə.) – qadınların ən üstünü: Məşhur əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdə aşkar şəkildə göstərilir ki, xanım Fatimeyi-Zəhra... Davamı..

HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATINA QISA BİR BAXIŞ

Cəmadiul-əvvəl ayının 5-i  iffət və müqavimət nümunəsi xanım Zeynəbin (s.ə.) doğum günüdür. Bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir, o xanımın... Davamı..