Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Oktyabr 10:43
Şərh Yoxdur
5521

Həzrət Zəhra (s.ə) “Nə zaman Hüseynimə (ə) ağlayanlar behiştə daxil olarlar, mən də behiştə daxil olaram”

İmam Sadiq (ə) buyurur: “Hər kim İmam Hüseynin (ə) qəbrini ziyarət etməyə getməz və xəyal edər ki, bizim davamçımızdır və bu halda ölərsə – o, bizdən deyildir. Əgər behişt əhli də olsa, behişt əhlinin qonaqlarından olar”.

 

İmam Kazım (ə) buyurur: “Mənim qəbrimdən torpaq götürüb, onda təbərrük axtarmayın. Çünki cəddim Hüseynin (ə) türbətindən başqa torpağı yemək bizə haram olmuşdur. Allah Təala ancaq Kərbəla türbətini Əhli-Beyt (ə) davamçıları və bizi sevənlər üçün şəfa qərar vermişdir”.

 

İmam Sadiq (ə) başqa yerdə buyurur: “Allah hər kimin xeyrini istəyər – Hüseyn (ə) məhəbbətini və ziyarətini onun qəlbinə salar. Allah hər kimin pisliyini istəyər – Hüseyn (ə) qəzəbini və ziyarətinin qəzəbini onun qəlbinə salar”.

 

İmam Sadiq (ə) buyurur: “Hər kim İmam Hüseyni (ə) Aşura günü ziyarət edərsə, behişt onun üçün vacib olar”.

 

İmam Sadiq (ə) buyurur: “Bizim məzlumiyyətimizə qəmgin olan kəsin çəkdiyi nəfəs – zikr və təsbihdir”.

 

İmam Sadiq (ə) buyurur: “Cəddimə ağlayan yerindən qalxmaz, məgər o halda ki, anasından doğulduğu gün kimi günahlarından pak olar”.

 

Həzrət Zəhra (s.ə) buyurur: “Nə zaman Hüseynimə (ə) ağlayanlar behiştə daxil olarlar, mən də behiştə daxil olaram”.

 

İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) daima zəvvarlarına, ona göz yaşı tökənlərə və əzasını saxlayanlara (rəhmət) nəzəri salar”.

 

İmam Sadiq (ə) buyurur: “Allah, Hüseyn ibni Əliyə (ə) ağlayana əzab verməyə həya edər”.

 

İmam Rza (ə) buyurur: “Hüseynə (ə) ağlayanlar kimi ağlayın ki, ona ağlamaq böyük günahları aradan aparar”.

 

İmam Sadiq (ə) başqa yerdə buyurur: “Hər bir şey üçün savab müəyyən olmuşdur, məgər bizim üçün tökülən göz yaşlarından başqa”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Şübhəsiz ki, Hüseyn (ə) – behişt qapılarından biridir”.

 

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim onunla (Hüseynlə (ə)) inadlaşar, Allah behiştin iyini onun üçün haram edər”.

 

Həzrət Rəsulallah (s) buyurur: “Hüseyn (ə) məndəndir və mən də Hüseyndənəm (ə). Hüseyni (ə) sevən – Allahın məhbubudur”. (Beytutə/Deyerler)

 

Həzrət Peyğəmbər (s) buyurur: “Yəqin olsun ki, Hüseyn ibni Əli (ə) səmada, yerdən daha ucadır”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..