Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Fevral 12:00
Şərh Yoxdur
4165

Həzrət xanım Fatimənin (s.ə) Behişt paltarı

Yəhudilərdən bir qrupu, toy məclisi keçirmək istəyirdilər. Həzrəti Peyğəmbərin (s)  hüzuruna gəlib dedilər: “Bizim sizin boynunuzda qonşuluq haqqı vardır. Sizdən istəyirik ki, Fatiməni (s.ə) bizim toy şənliyinə göndər. Onun  olması toya daha da şövkət və gözəllik verər.” Yəhudilər bu istəklərində çox israr etdilər.

Peyğəmbər (s) buyurdu: O Əliyyibni Əbitalibin həyat yoldaşıdır. Əlidən icazə alın.

Yəhudilər, Peyğəmbərdən (s) istədilər ki, o, Əlidən Fatiməni onların toy şənliyinə göndərməsini istəsin.

Yəhudi qadınları özlərini cürbəcür zinətlərlə bəzəmişdilər. Güman edirdilər ki, Fatimə (s.ə) sadə və qiymətsiz paltar ilə toya gələcək və onlar da xanımı belə paltarla təhqir etmək istəyirdilər. Elə bu zamanda Cəbrail (ə) Fatimə (s.ə) üçün behiştdən paltar və zinətlər gətirdi. O paltar və zinətlərin misli (bərabəri) görünməmişdi. Fatimə (s.ə) o paltarı geyib, özünü elə bəzədi ki, başqa qadınlar onu görüb və onun gözəl ətrindən heyran qaldılar.

Fatimə (s.ə) onların toy məclisinə daxil olan zaman, yəhudi qadınlar Xanımın gözəl behişt paltarını görüb elə heyran qaldılar ki, ona təzim etdilər. Onlardan bir qrupu isə, Xanımın bu möcüzəsindən müsəlman oldular.[1]

 

www.ahliman.info

[1] Biharul-Ənvar, 43-cü cild, səh. 30.

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..