Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Noyabr 15:49
Şərh Yoxdur
2976

Həzrət Rəsulullah (s): Allah müsəlmanın malını müsəlmana haram etmişdir

Həzrət Muhəmməd Rəsulullah (s) buyurur:

“Kimsə müsəlmanın malını haqsız yerə qəsb edərsə, Allah həmişəlik ondan üz döndərər, gördüyü hər yaxşı işə qəzəblənər və tövbə edib götürdüyü malı sahibinə qaytarmayana qədər onları yaxşı işlər siyahısına salmaz.”[1]

“Kimsə kimsənin torpağını nahaqdan qəsb edərsə, Allah-taalanı onunla qəzəblənmiş halda görüşər.”[2]

Qardaşının malını nahaq yerə almaq heç bir müsəlmana rəva deyil. Çünki Allah müsəlmanın malını müsəlmana haram etmişdir.”[3]

 

İmam Əli (ə) buyurur: “Evdə qəsb edilmiş daşın olması, həmin evin dağılmasının zaminidir.[4],[5]

İmam Sadiq (ə) haqsız yerə torpaq alıb orada ev tikənin hökmü haqda suala cavabından:Evi viran olar və torpaq sahibinə qaytararlar. Zülmkarın alın tərinə və haqqı tapdalayana haqq yoxdur.”[6]

İmam Əli (ə): “Başqasının icazəsi olmadan onun malını ələ keçirmək heç kəsə rəva deyildir.”[7]

 

www.ahliman.info

[1] Mustədrəkul-Vəsail, c.17, səh.89, hədis20823

[2] Kənzul-Ummal,hədis 30366

[3] Kənzul-Ummal,hədis 30343

[4] Seyid Rəzi deyir:  “Bu kəlam Peyğəmbərdən (s) də rəvayət olunmuşdur. Sözlərin bir-birinə oxşaması təəccüblü deyil. Çünki, hər ikisi eyni çeşmədən qaynaqlanır və bir mənbədən çıxır.»,

[5] Nəhcül-Bəlağə, hikmət 240.

[6] Vəsailuş-Şiə, c.17, səh.311, hədis 1

[7] Vəsailuş-Şiə, c.17, səh.309, hədis 4

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..