Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Dekabr 13:31
Şərh Yoxdur
6125

Həzrət Peyğəmbərin (s) İmam Zaman ağa (ə.f) haqqında buyurduqlarından

Həzrət Peyğəmbər (s) buyurur: “Məhdi (ə.f) – biz Əhli-beytdəndir. Allah onun işini bir gecədə islah edəcəkdir”.

Həzrət (s) buyurur: “Məhdi (ə) mənim sülaləmdəndir və Fatimənin (s.ə) övladlarındandır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Biz yeddi nəfər Əbdulmüttəlibin övladlarından behişt əhlinin sərvərləriyik. Mən, Həmzə, Əli (ə), Cəfər, Həsən (ə), Hüseyn (ə), Məhdi (ə.f)”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Allah bizimlə başlamış və bizimlə də xətm edəcəkdir. Bizim vasitəmizlədir ki, insanlar şirkdən nicat tapırlar. Bizim vasitəmizlədir ki, Allah insanların ürəkləri arasında ülfət icad etmişdir”. (Həvzəh/Deyerler)

Həzrət Peyğəmbər (s) buyurur: “Yer üzü zülm və düşmənçiliklə dolacaqdır və həqiqətən bizim Əhli-beytdən (ə) olan kişi qiyam edəcəkdir ki, yer üzünü ədalətlə doldursun. Necə ki, düşmənçilik və zülmlə dolmuşdur”.

Həzrət (s) buyurur: “Mənim Əhli-beytimdən (ə) bir kişi qiyam edəcəkdir ki, adı mənim adım kimidir və əxlaqı mənim əxlaqım kimidir. O, yer üzünü ədalətlə doldurar, necə ki, zülmlə dolmuşdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun bu ümmətə! Zalım padşahlar insanları öldürür və Allaha itaət edənləri qorxudurlar. Ona görə də imanlı və təqvalı insan dili ilə onlarla yola getməlidir. Ancaq qəlbində və əzaları ilə onlardan qaçmalıdır. Əgər böyük Allah istəsə, İslamı əziz edər, hər bir inadçı zalımı məğlub edər. O, hər nəyə istəsə qadirdir və ümməti yolunu azdıqdan sonra islah edə bilər. Ey Həzifə! Əgər dünyanın ömründən bir gün qalsa belə, Allah həmin bir günü o qədər uzun edər ki, mənim Əhli-beytimdən (ə) olan kişi hökumətə çatar və onun əli ilə qəribə hadisələr həyata keçər. Allah onun əli ilə İslamı qalib edər, vədəsinə vəfasızlıq etməz və O, tez hesab çəkəndir”.

Həzrət (s) buyurur: “Məhdi (ə) mənim övladlarımdandır … Sağ üzündə xalı vardır ki, parlayan ulduza bənzəyir. Yer üzünü ədalətlə dolduracaqdır, necə ki, zülmlə dolmuş idi. Onun rəhbərliyi zamanında yer əhli, göy əhli, səma quşları ondan razı olacaqlar”.

Həzrət Peyğəmbər (s) Həzrət Fatiməyə (s.ə) buyurur: “Ey qızım! Məhdi (ə.f) sənin övladlarındandır”.

Həzrət (s) buyurur: “Məhdi (ə) qiyam edəcəkdir o halda ki, başının üstündə mələklər car çəkəcəklər: “Bu, Məhdidir və onun ardıcılı olun!””.

Həzrət Peyğəmbər (s) buyurur: “Məhərrəm ayında səma carçısı car çəkəcəkdir: “Agah olun ki, Allahın seçilmişi filankəsdir. Əmrlərinə qulaq asın və ona itaət edin. O ildə ki, müharibələr və fitnələr çox olar, həmin il səma səsinin ilidir””.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..