Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 May 22:05
1 Şərh
3905

Həzrət Peyğəmbər (s) meracda hansı peyğəmbərlərlə (ə) görüşmüşdür?

Həzrət Muhəmməd (s) səmaya merac edən zaman çox sayda hadisələr, mələklər, insanlar, cənnət və cəhənnəm əhli ilə rastlaşmışdır. Həzrət Cəbrayilin (ə) müşayiəti ilə Həzərt Peyğəmbər (s) səmanın qatlarına qalxmış və orada baş verənləri öz gözü ilə görmüşdür.
Hədislərdə nəql edilir ki, o zaman ki, Həzrət Peyğəmbər (s) birinci səmaya daxil olur, Adəmi (ə) görür və bu zaman mələklər dəstə-dəstə onu qarşılamaq üçün gəlirlər və gülərüzlə Həzrətə (s) “xoş gəlmisən!” deyirlər.
O zaman ki, ikinci səmaya qalxır, orada bir-birinə bənzəyən iki kişi görür və Cəbrayildən (ə) soruşur ki, bunlar kimlərdir? O, deyir: “Hər ikisi bir-birinin xalası oğludur, İsa (ə) və Yəhyadır (ə)”. Peyğəmbər (s) onlara salam verir və onlar da Həzrətin (s) cavabını verirlər. Peyğəmbər (s) orada Allaha təsbih edən çox sayda mələk görür.
O zaman ki, üçüncü səmaya qalxırlar, gözəl simalı bir kişi görürlər ki, gözəlliyi on dörd günlük ay kimi idi. Adını soruşanda Cəbrayil (ə) deyir: “Bu, qardaşın Yusifdir (ə)”. Peyğəmbər (s) ona salam verir və o, da cavabını verib, təbrik edir. Peyğəmbər (s) orada Allaha təsbih edən çox sayda mələk görür.
O zaman ki, dördüncü səmaya qalxır, bir nəfəri görürlər ki, Cəbrayil (ə) onun İdris (ə) olduğunu söyləyir və deyir: “Allah onu bura gətirmişdir”. Həzrət (s) ona salam verir və o, da cavabını alıb Peyğəmbər (s) üçün bağışlanma diləyir. Peyğəmbər (s) orada da Allaha təsbih edən çox sayda mələk görür.
O zaman ki, beşinci səmaya qalxır, ahıl yaşında olan bir qoca görürlər ki, ətrafını çox sayda insan əhatəyə almışdır. Həzrət (s) onun kim olduğunu soruşur və Cəbrayil (ə) deyir: “Harun ibni İmrandır”, ona da salam verir və cavabını alır.
O zaman ki, altıncı səmaya qalxır, orada uzun boylu bir kişi görürlər ki, deyir: “Bəni-İsrayil belə hesab edir ki, mən Allah yanında ən əziz Adəm övladıyam. Ancaq bu kişi Allah yanında məndən də əzizdir”. Həzrət (s) Cəbrayildən onun kim olduğunu soruşur və Cəbrayil (ə) onun Musa ibni İmran (ə) olduğunu söyləyir. Ona salam verir və cavabını alır.
O zaman ki, yeddinci səmaya qalxırlar, orada bir kişini görürlər ki, taxtın üzərində əyləşmişdi. Cəbrayil (ə) deyir: “O, atan İbrahimdir (ə)”. Həzrət (s) ona salam verir və o, da cavabını verir və təbrik edir.
Həzrət Peyğəmbər (s) nəql edir: “O zaman ki, nur hicablarına çatdıq, Cəbrayil (ə) hərəkətdən dayandı və mənə dedi: “Get!”. Dedim: “Ey Cəbrayil! Belə bir yerdə məni tək qoyursan?”. Dedi: “Ey Muhəmməd (s)! Bura axırıncı nöqtədir ki, Allah Təala mənim qalxmağımı müəyyən etmişdir. Əgər buradan yuxarı qalxaramsa, qanadlarım yanar”.//Deyerler

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..