Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Aprel 14:43
Şərh Yoxdur
3155

Həzrət Peyğəmbər (s): “Mən 600 min kəlməni 6 kəlmədə cəm etmişəm”.

Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) xitab edərək buyurur: “Ey Əli! 600 min qoyunu istəyirsən, ya 600 dinarı istəyirsən, yoxsa 600 min sözü?”.

İmam (ə) buyurur: “600 min sözü istəyirəm”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əlican! Mən 600 min kəlməni 6 kəlmədə cəm etmişəm.

 

1. O zaman ki, insanların sənin fəzilətinlə məşğul olduğunu görərsən, vacibatınla məşğul ol.

 

2. O zaman görsən ki, insanlar dünya əməli ilə məşğuldurlar, sən axirət əməli ilə məşğul ol.

 

3. O zaman görsən ki, insanlar bir-birinin eybini tutmaqla məşğuldurlar, sən öz eybinlə məşğul ol.

 

4. O zaman görsən ki, insanlar dünya zinəti ilə məşğuldurlar, sən axirət zinəti ilə məşğul ol.

 

5. O zaman görsən ki, insanlar ibadət əməlinin çoxluğu ilə məşğuldurlar, sən əməlin həqiqəti ilə məşğul ol.

 

6. O zaman görsən ki, insanlar bir-birinin ətəyindən tutmaq, onun və bunun evinin qapısına təvəssül etməklə məşğuldurlar, sən Xaliqə təvəssül et. Əgər insan Allah Təalanı buraxarsa və başqalarına təvəssül edərsə, Allah da onu buraxar. Əgər Sübhan Allaha itaət olunarsa, Allah hamını onun mütisi qərar verər”. (Həvzəh/Deyerler)

 

“Və (Yusuf) o iki nəfərdən, xilas olacağını bildiyi birinə dedi: «Məni öz ağanın yanında yada sal». Lakin şeytan ona ağasının yanında onu yada salmağı unutdurdu. Buna görə də Yusuf bir neçə il (üç il ilə doqquz il arasında) zindanda qaldı”. (“Yusif” 42).

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..