Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Mart 11:48
Şərh Yoxdur
2807

Həzrət Mehdinin (ə.f) qurduğu cəmiyyətdə hansı özəlliklər olacaqdır?

Quran və hədislərimizin nəzərinə görə, Həzrət Mehdinin (ə.f) quracağı cəmiyyət ən kamil bir cəmiyyət olacaqdır ki, hamı maddi və mənəvi nemət içərisində qərq olacaqlar.

 

Bəs bu cəmiyyətin ən bariz sifətləri nə olacaqdır?

 

1. Ədalət. Ədalət elə bir məfhumdur ki, bəşər, tarix boyu onun həsrətində olmuşdur. Hədislərimiz onu ədalətin mücəssiməsi kimi tanıtmışdılar. Mübarək Ramazan ayının duasında oxuyuruq: “Məhdəvi ədaləti sayəsində heç bir insan qul olaraq qalmayacaqdır və hər kəsin haqqı ona veriləcəkdir”.

 

2. Rifah və rahatlıq. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim İmam Zamanın (ə.f) dövründə elə rifah və nemət əldə edəcəklər ki, ondan əvvəl heç bir dövrdə əldə etməmişdilər”.

 

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Mənim Əhli-Beytimdən (ə) olan kişi qiyam edəcəkdir və səmadan ona bərəkət nazil olacaqdır. Torpaq öz bərəkətlərini onun üçün üzə çıxardacaqdır”.

 

3. Elm inkişaf edəcəkdir. İmam Sadiq (ə) buyurur: “Elm və bilik 27 hərfdir. Peyğəmbərlərin (ə) gətirdiyi onun ancaq 2 hərfidir. İnsanlar indiyə qədər ancaq iki hərf öyrəniblər. Ancaq o zaman ki, bizim Qaim (ə.f) qiyam edəcəkdir, onun başqa 25 hərfini də bayıra çıxardacaqdır və insanlar arasında yayacaqdır. O iki hərfi 25 hərflə birləşdirəcək ki, ümumi 27 hərfi yaysın”. (Tebyan/Deyerler)

 

Bunun kimi hədislər çoxdur və hamısı da onu göstərir ki, İmamın (ə.f) qurduğu cəmiyyətdə elm o qədər inkişaf edəcəkdir ki, insanların ağlı kamala çatacaqdır. İmam Baqir (ə) buyurur: “O zaman ki, bizim Qaim (ə.f) qiyam edəcəkdir, əlini bəndələrinin başına qoyacaqdır. Bu vasitə ilə ağılları cəm olacaq və fikirləri kamil olacaqdır”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..