Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Avqust 09:23
Şərh Yoxdur
2620

Həzrət Məhdi (ə.f) zühur etdikdən sonra ilk çıxışı nə olacaq?

Allah tərəfindən İmam Məhdiyə (ə.f) zühur izni veril­dikdə o Həzrət (ə.f) dünyanı islah etmək üçün qiyam edər və Allahın evinin yanında Rükn və Məqam arasında haqq hökumətin ordu və dövlət rəhbərləri olan sədaqətli silah­daşlarından beyət alar, söyləyəcəyi ilk cümlə bu ayədir:

بقيه الله…

Bu barədə İmam Baqir (ə) buyurub: “Məhdi (ə.f) aşkara çıxdıqda arxasını Kəbə evinə söykəyərək söyləyəcəyi ilk söz bu mübarək ayədir:

بَقِيَّةُ اللّهِ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ…

“Əgər möminsinizsə, Allahın saxladığı sizin üçün daha yaxşıdır.”[1]

Daha sonra buyurar: “Mən sizin aranızda Bəqiyyətullaham, Allahın xəlifəsiyəm və Allahın höccətiyəm” və o zaman hamı onu belə salamlayar: “Salam olsun sənə, ey Bəqiyyətullah!”

Həmçinin Məfzəl İmam Sadiqin (ə) belə buyurduğunu deyir: “Məhdi (ə.f) arxasını Kəbənin divarına söykəyərək bütün dünyaya müraciət edəcək: “Kim Adəm və Şeysi görmək istəyirsə, budur, mənəm Adəm və Şeys. Kim Nuh və Samı görmək istəyirsə, budur, mənəm Nuh və Sam. Kim İbrahim və İsmaili görmək istəyirsə, mənəm İbrahim və İsmail. Kim Musa və Yeşuanı görmək istəyirsə, budur, mənəm Musa və Yeşua. Kim İsa və Şimonu görmək istəyirsə, budur, mənəm İsa və Şimon. Kim Muhəmməd (s) və Əlini (ə) görmək istəyirsə, budur, mənəm Muhəmməd (s) və Əli (ə). Kim Həsən (ə) və Hüseyni (ə) görmək istəyirsə, budur, mənəm Həsən və Hüseyn (ə). Kim Hüseynin (ə) övlad­larından olan imamları görmək istəyirsə, budur, mənəm Hüseynin (ə) pak nəslindən olan həmin məsum imamlar.

İndi isə sözlərimə qulaq asın ki, sizi eşitdiklərinizdən və bildiklərinizdən, habelə indiyə qədər eşitmədikləriniz­dən və bilmədiklərinizdən agah edim… Səmavi kitabları tanıyan hər kəs qulaq assın…”

Daha sonra İmam Məhdi (ə.f) səmavi kitabları oxumağa başlayar və Adəm, Şeys, Nuh və İbrahimin (ə) müqəddəs yazılarını oxuyar, həm Tövratı, həm İncili və Zəburu… sonra isə Qurani-Kərimi…”[2]

 

www.ahliman.info

[1] Hud surəsi, 86-cı ayə

[2] Biharul-ənvar, Əllamə Məclisi, c.53, səh.9

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..