Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 İyun 13:49
Şərh Yoxdur
1446

Həzrət Məhdi (ə.f): “Sizin vəzifəniz zahiri dəlillərlə kifayətlənməkdir…”

“Miftahül kəramət” kitabının müəllifi mərhum Seyyid Cavad Amuli belə deyir:

Gecələrin birində gördüm ki, Seyyid Bəhrul-Ülum Həzrət Əlinin (ə) hərəminin çöl qapısını açıb içəri girdi və hərəmə tərəf getdi. Mən də onun arxasınca düşdüm. Salonun qapısı qıfıllı olduğuna baxmayaraq onun üzünə açıldı. Hərəmin qapısının qıfılı da öz-özünə açıldı. Seyyid hərəmə daxil olub cəddinə salam verdi və qəbirdən salamın cavabını aldı. Mən qorxduğum üçün daha geri qayıtdım.

 

Həmçinin Seyyid Cavad Amuli belə nəql edir:

Bir axşam Seyyid Bəhrul-Ülumu Kufə məscidində Həzrət İmam Zaman (ə.f) ilə danışdığını gördüm. O, İmam Zamandan (ə.f) bir məsələ də haqda soruşduqda, Həzrət buyurdu:

Sizin vəzifəniz zahiri dəlillərlə kifayətlənməkdir və batini həqiqətlər sizə aid deyil.[1]

 

www.ahliman.info

[1] Mirzə Məhəmməd Tonekaboni, “Qisəsul Uləma”, səh. 173

Digər “Əhli-Beyt ” Xəbərləri

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

– bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş…   İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı,... Davamı..

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir   Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına... Davamı..

imam Həsən Əskərinin (ə) şəhadəti

Rəbiül-əvvəl ayının 8-i on birinci imamımız imam Həsən Əskərinin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və o həzrətin... Davamı..

Bu gün əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfat günüdür

Bu gün Qəməri təqvimi ilə səfər ayının 28-i əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfatı və imam Həsən ibni Əlinin (ə) şəhid... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..