Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Avqust 12:47
Şərh Yoxdur
3671

Həzrət Məhəmmədin (s) möcüzələri – “Ayın parçalanması”

Zilhiccə ayının 14-cü gecəsi idi. Müşriklərin on dörd nəfər, Həzrətin hüzuruna gəlib ona dedilər: Bütün peyğəmbərlərin öz peyğəmbərliyi üçün nişanələri vardır. Bu gecədə sənin peyğəmbərliyinin nişaşəsi nədir? Peyğəmbər(s) buyurdu: Nə nişanə istəyirsiniz? Müşriklər dedilər: Əgər Allah yanında sənin üçün bir dərəcə və rütbə vardırsa, aya göstəriş ver, iki yerə bölünsün.

Cəbrail(ə) Allah tərəfindən gəlib dedi: «Ey Mühəmməd! Allah –Təala sənə salam çatdırıb, buyurur: Mən bütün əşya və varlığa, səndən itaət etməyə əmr vermişəm.» Həzrət Peyğəmbər(s) başını göyə qaldırıb, aya göstəriş verdi ki, iki yerə bölünsün. Ay iki yerə parçalandı. Peyğəmbər(s) şükür səcdəsi edib, orada olanlara buyurdu: Ey filankəs! Görün və şahid olun! Bu zaman müşriklər dedilər: Ayın hər iki parçası bir-birinə birləşib, birinci halına qayıtsın. Peyğəmbər(s) əmr etdi və ay birinci halına qayıtdı.

Müşriklər bu aydın möcüzəni görüb dedilər: Ya Mühəmməd! Biz Şam və Yəməndən qayıdan müsafirlərimizdən[1] sual edəcəyik ki, bu gecədə nə müşahidə ediblər. Əgər biz gördüyümüzü onlar da görsə, bunun İlahi bir möcüzə olmasını başa düşəcəyik. Amma belə bir şey müşahidə etməsələr, başa düşəcəyik ki, bizi sehrləmisən.

Müsafirlər gəlib, şəhadət verdilər. Bu zamanda «Qəmər»[2] surəsi nazil oldu.[3] Bu surənin birinci ayəsi, ayın iki yerə bölünməsinə işarə edir.

 

www.ahliman.info

____________________
[1] Səfər edən, yolçu.

[2]Ay

[3] Məcməul-Bəyan, 9-cu cild, səh.186.

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..