Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Avqust 11:31
Şərh Yoxdur
3873

Həzrət Məhəmmədin (s) möcüzələri – “Ağacın hərəkət etməsi”

Əmirəl-möminin (ə) buyurur: Günlərin birində mən Peyğəmbər (s) bir yerdə idim. Qüreyşin böyükləri Həzrətin hüzuruna gəlib dedilər: Ey Mühəmməd! Sən elə böyük bir iddia edirsən ki, sənin ataların və qohumların belə iddia etməmişdir. Bizim səndən bir istəyimiz var. Əgər yerinə yetirsən, sənin Peyğəmbər və Allah tərəfindən göndərildiyini başa düşərik. Əgər yerinə yetirməsən, başa düşəcəyik ki, sən yalançı və sehrkarsan.[1]

Peyğəmbər (s) buyurdu: Sizin istəyiniz nədir? Dedilər: bizim üçün, bu ağacın kökündən çıxıb, sənin qarşında durmağını istə.

Peyğəmbər (s) buyurdu: Allah-təala hər şeyə qadirdir. Əgər belə etsə, iman götirəcəksiniz?

Cavab verdilər: Bəli.

Peyğəmbər(s) buyurdu: Mən yerinə yetirərəm. Lakin bilirəm iman gətirməyəcəksiniz. Sizlərdən bir dəstəsi «Bədr» quyularına düşəcək. Bir dəstəsi isə mənimlə döyüşmək üçün leşkər və qoşun hazırlayacaq. Bu zaman Həzrət buyurdu: “Ey Ağac! Əgər Allaha və qiyamət gününə inamın varsa və mənim Allahın Rəsulu olduğumu bilirsənsə, Allahın izni ilə kökündən çıx və mənim yanıma gəl!”

O ağac, öz kökündən çıxıb, şiddətli səs-küy ilə Həzrətin yanında durub, öz kölgəsini oun mübarək başına saldı. Ağac uca bir budağını, Peyğəmbərin (s) başı üzərində, başqa bir budağını isə mənim başım üzərində saxladı. Mən də Həzrətin sağ tərəfində durmuşdum. Müşriklər bu aydın möcüzəni müşahidə edib, qürur və təkəbbürlə dedilər: “Əmr et ağac qayıdıb, iki yerə bölünsün. Bir hissəsi sənin yanına qayıtsın, bir hissəsi isə yerində qalsın.” Peyğəmbərin(s) əmri ilə ağac yerinə qayıtdı, iki yerə bölündü. Sonra ağacın bir hissəsi sürət və şiddətli səs ilə Həzrətin yanına gəldi. Onlar dedilər: de ağacın bu hissəsi gedib, o biri hissə ilə birləşsin. Peyğəmbərin (s) əmri ilə bu iş də yerinə yetirildi. Amma onlar iman gətirmədilər.[2]

 

www.ahliman.info

_____________________
[1] Sehr edən.

[2] Nəhcül-Bəlağə, 192-ci xütbə.

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..