Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
31 Yanvar 10:31
Şərh Yoxdur
4339

Bu gün həzrət Fatimeyi-Zəhranın (s.ə) birinci əyyamının şəhadət günüdür

Xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki yanaşma mötəbər hesab edilir. Birincisi İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəlin 13-cü günüdür. Bu günlərə “Fatiməyi-əvvəl” deyilir. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s) dünyadan keçməsindən 95 gün sonra, yəni cəmadius-saninin 3-cü günüdür.

 

Həzrət Zəhra (s.ə) – həmin həqiqətdir ki, Peyğəmbərimiz (s) və Məsum İmamlarımız (ə) onun haqqında nə qədər danışsalar da, yenə də biz insanlar üçün gizlidir. İmam Sadiq (ə) Qədr gecəsini dərk etmək haqqında buyurur: “Ləylətul – Fatimədir, Qədr isə Allahdır. Ona görə də hər kim Fatimənin (s.ə) həqiqətini tanımaq tofiqinə nail olarsa, şübhəsiz ki, Qədr gecəsini də dərk etmiş olar”. (Tebyan/Deyerler)

Bəli, Qədr gecəsinin tək həqiqəti – Həzrəti Zəhradır (s.ə). Bu, Fatimədir (s.ə) ki, on bir Kəlamullahın zühuruna səbəb olmuşdur. Xanımın (s.ə) fəziləti haqqında təkcə o bəsdir ki, Həzrət Peyğəmbər (s) onu elə mədh etmişdir ki, dünyada olan heç bir qadını belə mədh etməmişdir. Hətta öz həyat yoldaşları və başqa qızları haqqında da bu sözləri deməmişdi. Onu bədəninin parçası, gözünün nuru və ürəyinin meyvəsi adlandırmışdır.

Nəql edilir ki, bir gün əziz Peyğəmbər (s) evindən bayıra çıxır və qızı Fatimənin (s.ə) əlindən tutmuşdu. O, bu halda buyurdu: “Hər kim onu tanıyırsa, tanıyır, hər kim tanımırsa, bilsin ki, Fatimə (s.ə) Muhəmmədin (s) qızıdır. O, mənim bədənimin parçasıdır. O, mənim qəlbimdir ki, iki böyrümün arasında yerləşir. Hər kim ona əziyyət verərsə, mənə əziyyət vermiş olar. Hər kim mənə əziyyət verərsə, Allaha əziyyət vermişdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Fatimə (s.ə) – bədənimin bir parçasıdır. Hər kim onu qəzəbləndirər məni qəzəbləndirmiş olar”.

Əziz Peyğəmbərdən (s) gələn başqa bir hədisdə oxuyuruq: “Allah Fatimənin (s.ə) nurundan göyü və yeri yaratdı. Ona görə də yer və göy qızım Fatimənin (s.ə) nurundandır. Qızımın nuru isə Allahın nurundandır. Qızım Fatimə (s.ə) yer və göydən daha üstündür”.

Həzrət Rəsulallah (s) buyurur: “Mənim zamanımda ən üstün kişi – Əlidir (ə), əvvəlinci və axırıncı üstün qadın isə Fatimədir (s.ə)”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər bütün yaxşılıqlar və əxlaq fəzilətləri mücəssəm olsa, layiqlidir ki, Fatimə (s.ə) olsun. Bəlkə Fatimə (s.ə) bunların hamısından daha ucadır”.

Bütün bu hədislərdən göründüyü kimi, Həzrət Zəhra (s.ə) – ən üstün bir xanımdır. Heç kəs fəzilət və məqam ucalığı baxımından Xanıma (s.ə) çata bilməz.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..