Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Fevral 13:33
1 Şərh
3156

Həzrət Fatimənin (s.ə) məxsusi lövhəsində nə yazılmışdır?

Şeyx Səduqun “İkmalid-din və itmamin-nemə” kitabında Həzrət Fatimə (s.ə) lövhəsindən söz açılmışdır. Həmin lövhədə İmamların (ə) adına və sayına işarə edilmişdir.

Bu hədisi İmam Sadiq (ə) İmam Baqirdən (ə) nəql edir ki, ona da Cabir Ənsari nəql etmişdir. Cabir nəql edir: “Şəhadət verirəm ki, Peyğəmbər (s) həyatda olan əyyamda anan Fatiməni (s.ə) gördüm ki, İmam Hüseynin (ə) dünyaya gəlişini ilə bağlı onu təbrik edəm. O, böyük banunun əlində yaşıl bir löhvə gördüm və güman etdim ki, zümrüddür. Həmin lövhədə günəş kimi parlayan ağ kitabı müşahidə etdim. Həzrətə (s.ə) dedim: “Atam və anam sənə fəda olsun, bu lövhə nədir?”. Həzrət Fatimə (s.ə) buyurdu: “Bu, o lövhədir ki, Allah Təala rəsulu Muhəmməd Mustafaya (s) vermişdir. Bu lövhədə atamın, həyat yoldaşımın, övladlarımın, övladlarımdan olan İmamların (ə) adları zikr edilmişdir. Allahın Rəsulu olan atam onu mənə bağışlamışdır ki, ona baxan zaman ürəyim sevinsin””. Cabir əlavə edir: “Sonra anan Fatimə (s.ə) həmin lövhəni mənə verdi və mən orada yazılanları oxudum. Onun bir nüsxəsini zehnimdə saxladım”. İmam Sadiq (ə) buyurur: “Bu zaman atam Cabirə deyir: “Ey Cabir! Həmin nüsxə hələ də sənin əlindədir? Onu mənə verərsən?””.

Cabir deyir: “Bəli”. Bu zaman atam Cabirlə onun mənzilinə getdilər. Cabir nazik bir dəridən səhifə gətirdi, onu açıb atama göstərdi. Atam Cabirə buyurdu: “Cabir! Sənin yanında olan bu səhifəyə bax ki, sənin üçün əzbərdən deyim”. Cabir əlində olan nüsxəyə baxdı və atam orada olanları ona əzbər dedi. Allaha and olsun ki, İmamın (ə) sözündən heç biri Cabirin əlində olan səhifədəki heç bir sözün əksinə deyildi.

O zaman ki, atamın qiraəti sona çatdı, Cabir dedi: “Böyük Allahı şahid tuturam ki, Fatimənin (s.ə) yanında gördüyüm səhifədə olan şey sizin oxuduğunuz idi”. (Tebyan/Deyerler)

Nəql edildiyinə görə, lövhədə olan mətn belə idi:

“Bismilləhir-Rahmənir-Rahim!

Bu kitab Məğlubolunmaz və Həkim Allah tərəfindən Allahın nuru və rəsulu, hicabı, yer üzündə olan nişanəsi və dəlili Muhəmmədədir (s). Bu yazı Rəbbil-aləmin tərəfindən Cəbrayil Əmin (ə) vasitəsilə gətirilmişdir.

Ey Muhəmməd! Allahın adlarını böyük hesab et! Nemətlərimə şükür et və heç bir zaman nişanələrimi inkar etmə. Mən aləmdə olanların Pərvərdigarı və Məbuduyam. Məndən savayı Allah yoxdur. Zalımları xar edən və cəza gününün hesabını çəkənəm. Mən sizin həmin Allah və məbudunuzam ki, Məndən savayı Allah və Məbud yoxdur. Hər kim Məndən savayı kəsin fəzlinə ümidvar olarsa və ya İlahi ədalətdən başqasından qorxarsa, onu ağır əzaba düçar edəcəyəm ki, aləmdəkilərin heç biri onu dadmayıbdır. Ancaq Mənə pərəstiş et və Mənə təvəkkül et. Mən heç bir rəsulu məbus etməmişəm, risalətini təkmil etməmişəm, risalət və təbliğ dövrünü sona çatdırmamışam, məgər o halda ki, onun üçün vəsi qərar vermişəm.

(Ey Muhəmməd (s)) Səni bütün peyğəmbərlərdən üstün etmişəm. Sənin vəsini də bütün vəsilərdən üstün etmişəm. Sonra vəsin və canişinini iki igid övlad Həsən (ə) və Hüseynlə (ə) əziz tutmuşan.

Atasının (Əlinin (ə)) dövrünün sonunda Həsəni (ə) Öz elmimim mədəni, Hüseyni (ə) isə Öz vəhyimin gözətçisi və qoruyanı qərar vermişəm. Şəhadət nemətini Hüseynə (ə) bağışlamışam və onu bu yolla əziz tutmuşam. Onun üçün səadət istəmişəm. Hüseyn (ə) – ən fəzilətli kəsdir ki, şəhid olacaq və şəhidlər arasında ən üstün dərəcə və məqama malikdir. İmamət və tövhidi onunla birlikdə etmişəm. Onun itrət və əhli-beytinin (ə) (razılıq və qəzəbi ilə) savab verərəm. Pis əməl sahiblərini əməllərinin cəzasına çatdıraram.

Hüseynin (ə) ilk övladı və itrəti (Əli (ə)) pərəstiş edənlərin sərvəri və Mənim dostlarımın zinətidir.

Ondan sonra övladı, cəddinə oxşayan və onunla eyni adda olan Muhəmməd (ə) – İlahi elmi yaran və Onun hikmət mədənidir.

Tezliklə Cəfər ibn Muhəmmədə (ə) şübhə edənlər həlak olacaqdır. Hər kim ona qayıdar, sanki Mənə qayıtmışdır. Haqq söz Məndəndir. And içirəm ki, Cəfər ibn Muhəmmədin (ə) elm məqamını əziz tutacağam. Onun məhəbbət və sevgisini dostlarının, Əhli-Beyt (ə) davamçılarının, yoldaşlarının qəlbində qərar verəcəyəm.

Sonra kor fitnəni İmam Musanın (ə) qarşısından kənara çəkəcəyəm. Çünki İlahi itaət və əmr seyri heç bir zaman qət olmayacaqdır. Mənim hüccət və dəlilim insanların gözündən gizli olmayacaqdır. Dostlarım heç bir zaman bədbəxt olmayacaqdır.

Agah olun! Hər kim Mənim səkkizinci hüccətimi yalan hesab edər, sanki bütün övliyaları inkar etmişdir. Əli (ibni Musa (ə)) – Mənim dostum və yavərimdir (və sizin rəhbərinizdir). Mən elm, ismət və nübuvvət sifətinin ağırlığını onda qərar vermişəm.

Haqq söz odur ki, Mən deyim: Musanın (ə) gözlərini övladı, özündən sonra xəlifə və canişini Muhəmmədin (ə) təvəllüdü ilə aydın edəcəyəm. Muhəmməd (ibni Əli (ə)) – Mənim elm və biliyimin varisi, hikmət mədəni, Mənim sirr yerim və bəndələr üzərində Mənim hüccətimdir. Behişti onun yeri qərar vermişəm. Onu, cəhənnəmə getməyi vacib olan 70 nəfər ailə üzlərinə şəfaətçi qərar vermişəm.

(Ondan sonra) övladı Əli (ibni Muhəmməd (ə)) dostum və yavərimi səadətli edəcəyəm. O, Mənim vəhyimin əmanətdarı olacaqdır. Onun nəslindən Həsən (ibni Əlini (ə)) gətirəcəyəm ki, insanları Allah yoluna dəvət edən və İlahi elmin gözətşisi olacaqdır.

(Ondan sonra) Öz hüccətimi övladı (Ali-Muhəmmədin Qaiminin (ə.f)) gəlişi ilə təkmil edəcəyəm. Musanın (ə) kamal və qüdrətini, İsanın (ə) əzəmət və nurunu, Əyyubun (ə) səbrini onda görəcəksiniz. O, elə bir zamanda gələcəkdir ki, Mənim dostlarım xar olacaq, … başıaşağı olub, atəşə çəkiləcəklər. Onların başı hədiyyə kimi ətraflara göndəriləcəkdir. Qorxaq və titrəyən olacaqlar. Yer onların qanından rəngə boyanacaqdır.

Onların vasitəsilə hər bir kor və qara fitnəni xəlqdən uzaq edəcəyəm. Onların vasitəsilə bəndəlik zəncirləri və bəndləri xəlqin çiynindən götürüləcəkdir. Allahın rəhməti və salavatı onlara olsun! Onlar həmin hidayət olunanlardırlar!””.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..