Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 Yanvar 13:18
Şərh Yoxdur
2685

Həzrət Fatimənin (s.ə) əmr-be-mərufda 5 üslubu

İslam dini – əmr-be-məruf və nəhy-əz-münkərə çox əhəmiyyət verən bir dindir. Həzrət Zəhra (s.ə) da kamil bir insan kimi bu həqiqəti qəbul etdiyi üçün insanları əmr be-məruf və nəhy-əz-münkər edərdi. Xanım (s.ə) bu haqda buyurardı: “İmanlı kişi və qadınlar bir-birinin dostudurlar və onlar bir-birini əmr-be-məruf və nəhy-əz-münkər edərlər”.

 

İmam Əli (ə) buyurur: “Bütün yaxşı əməllər, hətta Allah yolunda cihad belə, əmr-be-məruf və nəhy-əz-münkərin qarşısında dənizin bir damcısı kimidir”.

Bəli, əgər əmr-be-məruf və nəhy-əz-münkər olmasa, bütün yaxşı əməllər, o cümlədən Allah yolunda cihad etmək də belə, unudular.

 

Bəs Xanımın (s.ə) nəzərində əmr-be-məruf və nəhy-əz-münkər necə olmalıdır?

1. Quran ayələrinə istinad etmək. O zaman ki, Fədəki Xanımdan (s.ə) qəsb edirlər, Xanım (s.ə) Peyğəmbər (s) məscidində xütbə deyir və buyurur: “Ey o insanlar ki, batilə tərəf tələsirsiniz! Çirkin və yersiz rəftarları görməməzliyə vurursunuz. Məgər Qurana baxmırsınız ki, buyurur: “Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir”. (“Bəqərə” 7)”.

2. Əqli dəlilllər yolu. Bir gün Xanım (s.ə) birilərini Fədəklə bağlı çirkin əməlindən agah edir. O, buyurur ki, sən ölən zaman səndən kim irs aparacaqdır? Filankəs deyir: “Övladlarım və həyat yoldaşlarım”. Xanım (s.ə) buyurur: “Bəs necə olur ki, mən atamdan irs apara bilmirəm?”. Xanım (s.ə) burada əqli dəlil ilə qarşı tərəfi səhvindən çəkindirmək istəyir.

3. Sükut etmək yolu. O zaman ki, Xanımın (s.ə) haqqını qəsb edirlər, o Həzrət (s.ə) öz narazılığını bildirməyə çalışır. Buyurur: “Allaha and olsun ki, bundan sonra siz ikiniz ilə bir kəlmə belə kəsməyəcəyəm, o zamana qədər ki, Allahla görüşəcəyəm. Allah yanında siz iki nəfərdən şikayət edəcəyəm, necə Allahla, mənimlə, dinlə rəftar etmisiniz?! Necə də çirkin əmələ düçar olmusunuz”.

4. Xəbərdarlıq yolu. O zaman ki, Xanım (s.ə) ənsar və mühacirlərin İmam Əlidən (ə) üz döndərdiyini görür, onların xanımlarına buyurur: “Allaha and olsun ki, əgər ayaqlarını bir yerə dirəsəydilər, Əlini (ə), Peyğəmbərin (s) onun öhdəsinə qoyduğu işdə qərar versəydilər, o, onları doğru yola aparardı və hər kəsin haqqını özünə verərdi. Əgər xilafətə çatsaydı, beytul-maldan özü üçün götürməzdi. Dünya sərvətindən ancaq ehtiyacı olan qədərini götürərdi”.

5. İfşa yolu. Əgər bu yuxarıda sayılan əməllər nəticə vermirsə, onda insan qarşı tərəfin pis əməllərini ifşa edərək, onu nəhy-əz-münkər edə bilər. Xanım (s.ə) da yuxarıda sayılan yolların nəticə vermədiyini görən zaman, müsəlman toplumu içində bəzilərinin pis əməllərini ifşa edirdi.

O, sınıq qəlblə buyurur: “Ey insanlar! Vay olsun sizə, nə tez Allah və Peyğəmbərə (s) biz Əhli-Beytlə (ə) bağlı xəyanət etdiniz? Halbuki, Allahın Peyğəmbəri (s) sizə bizimlə dostluğu və bizim ardımızca getməyi tövsiyə etmişdi”. Bundan sonra Xanım Fədəki işğal edənləri bir-bir ifşa edir və onları İlahi cəza ilə bağlı xəbərdarlıq edir. (Həvzəh/Deyerler)

 

Bəli, Xanım (s.ə) bu beş yolla əmr-be-məruf və nəhy-əz-münkər edərdi və bizlər də gərək bu yollardan istifadə edərək, Xanımın (s.ə) mübarək üslubunu davam etdirək.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..