Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 İyun 20:13
Şərh Yoxdur
700

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:
مسند الإمام أحمد بن حنبل، ج‏1، ص446، حدیث: 648- (و حدثنا أبو بكر بن أبي داود، قال: حدثنا أحمد بن يحيى الصوفي، قال) حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ، حَدَّثَنَا شُرَحْبِيلُ بْنُ مُدْرِكٍ، عَنْ عَبْدِ اللَّهِ بْنِ‏ نُجَيٍّ (الحضرمی)، عَنْ أَبِيهِ: (خرجنا مع علی الی صفین) – «أَنَّهُ سَارَ مَعَ عَلِيٍّ، (وَ كَانَ صَاحِبَ مِطْهَرَتِهِ،) فَلَمَّا حَاذَى نِينَوَى وَ هُوَ مُنْطَلِقٌ إِلَى صِفِّينَ، فَنَادَى عَلِيٌّ: اصْبِرْ (صبرا) أَبَا عَبْدِ اللَّهِ، اصْبِرْ (صبرا) أَبَا عَبْدِ اللَّهِ، بِشَطِّ الْفُرَاتِ.
قُلْتُ: وَمَاذَا؟
قَالَ: دَخَلْتُ عَلَى النَّبِيِّ (صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ) ذَاتَ يَوْمٍ وَعَيْنَاهُ تَفِيضَانِ.
قُلْتُ: يَا نَبِيَّ اللَّهِ، أَغْضَبَكَ أَحَدٌ، مَا شَأْنُ عَيْنَيْكَ‏ تَفِيضَانِ‏؟
قَالَ: «بَلْ قَامَ مِنْ عِنْدِي جِبْرِيلُ قَبْلُ، فَحَدَّثَنِي أَنَّ الْحُسَيْنَ يُقْتَلُ بِشَطِّ الْفُرَاتِ» – (اخبرنی جبریل ان امتی تقتل ابنی الحسین).
قَالَ: فَقَالَ (ثم قال لی): «هَلْ لَكَ إِلَى أَنْ أُشِمَّكَ (اریک) مِنْ تُرْبَتِهِ؟».
قَالَ: قُلْتُ: نَعَمْ. (قال) فَمَدَّ يَدَهُ، فَقَبَضَ قَبْضَةً مِنْ تُرَابٍ فَأَعْطَانِيهَا، (فلما رایتها) فَلَمْ أَمْلِكْ عَيْنَيَّ أَنْ فَاضَتَا»
Abdullah bin Nücəyy əl-Həzrəmi atasından (Nücəyy) ki, İmam Əlinin (ə) su daşıyanı olub, belə nəql edir:
“Əli (ə) ilə Siffeyin müharibəsinə gedirdik. O (ə) Neynəva adlanan yerə çatanda belə fəryad etdi:
“Səbr et, ey Əba Əbdillah, Səbr et, ey Əba Əbdillah, Fəratın sahilində”.
Dedim ki, nə olub, ya Əli, nə baş verib?
(Əli) Dedi: Günlərin birində Peyğəmbərin (s) hüzuruna getdikdə gözlərinin yaşardığını gördüm.
Dedim: Ey Allahın peyğəmbəri! Səni kimsə qəzəbləndirib? Nə olub ki, gözlərin yaşlıdır?
Peyğəmbər (s) buyurdu: Səndən bir az öncə Cəbrayil (ə) yanımdan getdi. O mənə xəbər verdi ki, oğlum Hüseyni (ə) ümmətim Fərat sahilində öldürücəklər.
Sonra o mənə dedi ki, istəyirsənmi onun (şəhid ediləcəyi yerin) türbətinin ətrini duyasan?
Dedim: Bəli. Və o, əlini uzadıb oranın (Hüseynin öldürüləcəyi yerin) torpağından bir ovuc mənə verdi. O türbəti görəndən sonra göz yaşlarımı saxlaya bilmirəm”.
Qeyd:
1). Hədis “əl-Müsnəd” kitabının Qahirədə 1995-ci ildə (1416 hq) Darul-Hədis nəşriyyatı tərəfindən çap və nəşr edilən (birinci çapı) və Əhməd Məhəmməd Şakir tərəfindən 8 cildi araşdırılmış nüsxəsindən götürülmüşdür.
2). Əhməd Məhəmməd Şakir hədisin barəsində belə hökm etmişdir:
إسناده صحيح. وهو في مجمع الزوائد 187:9 وقال: “رواه أحمد وأبو يعلى والبزار والطبرانى، ورجاله ثقات، ولم ينفرد نجي بهذا.
“Hədisin isnadı səhihdir. Bu hədis Məcməuz-Zəvaiddə c.9, s.187-də (hədis: 15112) keçmişdir. Həmçinin hədisi Əhməd, Əbu Yəla (363), Bəzzar (884) və Təbərani (2811) nəql ediblər. Hədisin “rical”ı (nəql edən kəslər) “siqat”dırlar (yəni sözlərinə etibar edilən insanlardırlar). Bu hədisi təkcə Nucəyy nəql etməyib (yəni digər ravilər də var ki, oxşar məzmunda hədisləri nəql ediblər).

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..