Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Oktyabr 09:00
9 Şərh
5140

Həzrət Adəmin (ə), Nuhun (ə), İbrahimin (ə), İsmayilin (ə) İmam Hüseynlə (ə) həmrəyliyi

Əgər hədislərə nəzər salsaq, görərik ki, Seyyidi-şühəda (ə) o dahi şəxsiyyətlərdəndir ki, Həzrət Adəmdən (ə) tutmuş Həzrət Xatəmə (s) qədər hamı ona xüsusi diqqət göstərmişdilər. Bu dahi insan hələ dünyaya gəlməmişdən qabaq onun müsibəti yada salınıb, göz yaşı tökülmüşdür.

İmam (ə) şəhid olan zaman hədislərimizin buyurduğuna görə nəinki insanlar, hətta mələklər, cinlər, yer və göy Həzrətin (ə) müsibəti üçün göz yaşı tökmüşdür.

Belə ki, Aşura ziyarətində oxuyuruq: “Ey Əba Abdullah! Sənin müsibət və qəmin bizim üçün və bütün yer və göy əhli üçün böyük və ağırdır”.

Hər bir insanın İmam Hüseynə (ə) diqqət etməsi onun əməl və ibadətlərinə təsir qoyar, qəlb və bədən üzvlərində nuraniyyət meydana gələr və bu insanın əməlində özünü büruzə verər. Onun üçün behiştdə xüsusi məqam və dərəcələr olar.

Həzrət Adəm (ə) o zaman ki, İmam Hüseynin (ə) adını çəkərdi, özündən asılı olmadan göz yaşları və qəhər onu boğardı və bunun səbəbini Allahdan soruşur. Cəbrayil (ə) nazil olur və İmam Hüseynin (ə) necə qətl olacağını ona danışır. Həzrət Adəm (ə) onun qatilinin adını soruşur və onu lənətləyib, bu müsibət üçün göz yaşı tökür.

Nuhun (ə) gəmisi İmamın (ə) şəhid olacağı yerə çatan zaman tufan qalxır və Nuh (ə) elə bilir ki, gəmi qərq olacaqdır. Allaha üz çevirib dua edir və Cəbrayil (ə) nazil olur və ona həmin yerin İmam Hüseynin (ə) qətl olacağı məkan olduğunu söyləyir və müsibəti nəql edir. Gəmidə olanlar və Həzrət Nuh (ə) İmam (ə) üçün göz yaşı tökür və düşmənlərini lənətləyirlər.

Həzrət İbrahim (ə) Kərbəla torpağından keçən zaman atı onu yerə atır və peyğəmbərin başı yarılır. Allaha dua edir və bu zaman Cəbrayil (ə) nazil olur və həmin yerin İmam Hüseynin (ə) şəhid olacağı yer olduğunu xəbər verir və deyir ki, sənin qanının bu torpağa tökülməsi sənin o Həzrətlə (ə) həmrəy olmağının nişanəsidir. İbrahim (ə) də İmamın (ə) qatillərini lənətləyir.

Həzrət İsmayil (ə) qoyunlarını Fəratın ətrafında otladırmış və ona xəbər verirlər ki, qoyunları bir neçə gündür ki, həmin yerdən su içmirlər. Ona vəhy olur ki, bu məsələnin səbəbini qoyunlardan soruşsun. O, da qoyunlardan soruşanda onlar deyirlər ki, bu həmin yerdir ki, İmam Hüseyn (ə) burada şəhid olacaqdır və biz də bu müsibətə qəmgin olduğumuz üçün su içmirik. Həzrət İsmayil (ə) İmamın qatillərini lənətləyir və onun üçün göz yaşı tökür. (Erfan/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.

Bu gün qəməri təqvimi ilə rəbiüs-sani ayının 10-u yeddinci İmam Musa Kazımın (ə) qızı xanım Fatimeyi-Məsumənin(s.ə) vəfat günüdür. İmam Rza (ə) bir... Davamı..

8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM SADİQİN (Ə) ŞƏXSİYYƏTİ Adi: Cəfər; Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq; Künyəsi: Əbu-Əbdillah; Atası: imam Mühəmməd Baqir... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət... Davamı..

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş... Davamı..

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..