Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Yanvar 12:46
Şərh Yoxdur
3404

Həyatda düzgün baxışa malik olmaq istəyənlər üçün İmam Əlidən (ə) mübarək tövsiyələr

O cəmiyyət ki, başdan-başa hiylə və fırıldaqla bürünmüşdür, bu cəmiyyətdə yaşayan bir müsəlmanın düzgün baxışa malik olması zəruridir. Bu, elə baxışdır ki, haqq və həqiqətdən qaynaqlanır və ruhunu parıldadır. Əgər bir müsəlmanın düzgün baxışı olmazsa, həyatının ən kiçik məsələlərində belə xataya yol verər.

Hər bir insanın təfəkkür növü həyatının və gələcəyinin yolunu cızar. İnsanın hər bir işdə düzgün agahlığa malik olması onun ibadətinə və əməlinə təsir qoyar və ictimai süstlüyünün qarşısını alar. (Tebyan/Deyerler)

İmam Əli (ə) bu haqda buyurur: “O qədər oruc tutan vardır ki, aclıq və susuzluqdan savayı öz oruclarından başqa bəhrə aparmayıblar. O qədər gecə oyaq qalanlar vardır ki, gecə oyaq qalmaqlarından əziyyət və yuxusuzluqdan savayı bir şey əldə etməyiblər. Xoş olsun zirəklərin yuxusa və iftarlarına!”.

Bəs nə edək ki, biz də zirəklərdən olaq?

 

1. Allahı yada salmaq. İmam Əlinin (ə) nəzərinə görə bir insanın düzgün baxışa malik olması üçün Allahı tanıması və Onu yada salması zəruridir. Əgər insan ürəyində Allahı yada salmaq çırağı yandıra bilsə, Allah da hidayət olması üçün ona lazım olanları əta edər.

İmam Əli (ə) bu haqda buyurur: “Həqiqətən böyük və sübhan Allah Özünün yada salınmasını ürəklərin aydınlığı qərar vermişdir ki, qulaq karlıqdan sonra eşitsin, göz az nurdan sonra görsün, insan düşmənçilikdən sonra ram olsun. Allahın nemətləri bahalıdır və ruzigarın müxtəlif dörvlərində, risalətdən ayrılıq dövründə ki, bir peyğəmbərdən sonra başqası gələrdi, elə bir bəndələrə malik olmuşdur ki, onların can qulaqlarına zümzümə etmişdir. Ağıl dövrlərində onlarla söhbət etmişdir. Onlar hidayət çırağını qulaqlarında, gözlərində və ürəklərindəki ayıqlıq nuru ilə yandırmışdılar. Gündüzləri Allahı yada salar, insanları Allahın cəlalından və böyüklüyündən qorxudardılar”. Bu cür insan həm özü və həm də başqalarının nicat tapmasına səbəb olar.

 

2. Özünü tərbiyə etmək. İmam Əlinin (ə) “Nəhcul-bəlağə”dəki xütbələrindən belə nəticəyə gəlmək olur ki, insanın özünü tərbiyə etməsi düzgün baxışa malik olmasına yardım edər. İmam (ə) bu haqda buyurur: “Ey Allah bəndələri! Həqiqətən, Allah yanında ən sevimli və üstün bəndə o kəsdir ki, Allah ona nəfsi ilə mübarizədə yardım etmişdir. Dünya həqiqətlərinə ürək gözü ilə baxar, davamlı olaraq Allahı yada salar və çoxlu gözəl əməl yerinə yetirər”.

 

3. Maddi asılılığı inkar etmək. Dünyaya bağlanmaq o amillərdəndir ki, insanı düzgün baxışa malik olmaqdan saxlayar. O insan ki, həddən artıq dünyaya bel bağlayar – bütün səyi dünyadan daha çox nemət əldə etmək olar. Ona görə də həqiqətləri eşitmək və görmək qabiliyyətini əldən verər. İmam Əli (ə) buyurur: “Dünyanın haramına göz yum ki, Allah onun çirkinliklərini sənə göstərsin. Qafil olma ki, bir an belə səndən qəflət olmasın”.

 

4. Quran oxumaq. Düzgün baxışa malik olmağın ən faydalı yollarından biri – Quran oxumaqdır. Quranı təfəkkür edərək oxumaq insanın həyata olan baxışını dəyişdirər və düzgün səmtə istiqamətləndirər. İmam Əli (ə) buyurur: “Bu, o Qurandır ki, onunla haqq yolunu görə bilərsiniz, onunla söhbət edin və onun vasitəsilə eşidin. Quranın bəzisi bəzisindən söz deyər, bəzisi bəzisinə şəhadət verər. Hər kim onunla birlikdə olar, Allahdan ayrılmaz”.

 

5. Tanıma vasitələrindən istifadə etmək. Əgər varlıq aləminə düzgün nəzər salsaq, görərik ki, Allah həqiqətləri görmək üçün ixtiyarımıza çox sayda vasitə qoymuşdur. Biz əgər bu vasitələrdən istifadə etmək üçün lazım olan zəminələri varlığımızda inkişaf etdirə bilsək, o zaman düzgün baxışa və agahlığa malik olacağıq. İmam Əli (ə) buyurur: “Hər kim özündən hesab çəkər – fayda aparar. Hər kim özündən qəflət edər – ziyan görər. Hər kim Allahdan qorxar – amanda olar. Hər kim ibrət öyrənər – agahlıq əldə edər. Hər kim agahlıq əldə edər – dərk edər. Hər kim dərk edər – elm öyrənmiş olar”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..

“Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumə (ə.s.)

1. Adı və ləqəbi: Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında... Davamı..

Cismlərinin qidalanmasında ciddi və diqqətlidirlər, amma…

İmam Həsən (ə) buyurmuşdur: عَجَبٌ لِمَنْ يَتَفَكَّرُ في مَأكُولِهِ كَيْفَ لا يَتَفَكَّرُ في مَعْقُولِهِ فَيُجَنِّبُ بَتْنَهُ ما يُوْذِيهِ وَيُودِعُ صَدْرَهُ ما يُرْدِيهِ... Davamı..

Yarışın finalı

İmam Həsəni-Müctəba (ə) FİTR bayramı günü oynayan, zarafatlaşan və gülən bir qrup insanı görərkən buyurdu: إنّ اللّه جعل شهر رمضان مضمارا لخلقه،... Davamı..

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Bu gün hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..