Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Mart 19:03
Şərh Yoxdur
3473

Hər kim bir möminin qəmini aradan qaldırsa, Allah-Taala qiyamət günü onun qəlbinin qəmini aradan qaldırar

İnsan ictimai varlıq olduğundan, təbii ki, qarşılıqlı kömək və həmkarlığa möhtacdır və onsuz ictimai həyat mümkünsüzdür. İnsan həyatının bütün sahələrini ehtiva edən İslam dini uyğun mövzuya da xüsusi yer ayırmış, onu fitri ehtiyacla yanaşı, mənəvi ölçülərlə düyünləmişdir. Möminin qəlbini sevindirmək, qəm-qüssəsini aradan qaldırmaq başqalarına yardım məsələsində daha geniş və dolğun bir təbirdir. İmam Rza (ə) mömini sevindirmək haqda belə buyurur:

فَإِنَّهُ لَيْسَ شَيْ‏ءٌ مِنَ‏ الْأَعْمَالِ‏ عِنْدَ اللَّهِ‏ عَزَّ وَ جَلَّ بَعْدَ الْفَرَائِضِ أَفْضَلَ مِنْ إِدْخَالِ السُّرُورِ عَلَى الْمُؤْمِنِ

Allah-Taalanın dərgahında vacib əməllərdən sonra möminin qəlbini sevindirməkdən dəyərli əməl yoxdur.[1]

Bu məsələnin əhatəsi uyğun zarafatdan tutmuş maddi və mənəvi yardımlar, maddi və mənəvi çətinliklərin aradan qaldırılmasına qədər genişdir. Necə ki, imam Rza (ə) başqa bir hədisdə buyurur:

مَنْ‏ فَرَّجَ‏ عَنْ‏ مُؤْمِنٍ‏، فَرَّجَ‏ اللَّهُ‏ عَنْ قَلْبِهِ يَوْمَ الْقِيَامَةِ

Hər kim bir möminin qəmini aradan qaldırsa, Allah-Taala qiyamət günü onun qəlbinin qəmini aradan qaldırar.” [2]

Hər iki hədisdə göstərilən “mömin” qeydi diqqəti özünə cəlb edir. Mömini isə günahla sevindirmək olmaz. Mümkündür ki, bəziləri bu və bu kimi hədislərdən sui-istifadə edərək yersiz deyib-gülmək və zarafatlaşmaqla həddi aşır, nəticədə günaha qurşanır və bəhanə gətirirlər ki, mömini sevindirmək savabdır. Hansı ki, mömini sevindirmək o zaman savabdır ki, onun günahdan yayındırsın, imanını artırsın, onu Allaha daha da yaxınlaşdırsın.

Qeyd eməliyik ki, sevinmək və şadlanmaq fitri istək və meyildir. İnsan fitrətən şadlıq sorağındadır. Əlbəttə, narkotik maddələr, spirtli içkilər və eyş-işrət məclisləri kimi şəxsiyyəti, ailəni və cəmiyyəti bədbəxtliyə sürükəyən saxta və aldadıcı şadlıqlar İslamda yasaqdır. Bu sayaq şadlıqlar həm təkamülə maneədir, həm də insanı hərəkət və çalışqanlıqdan saxlayır. Qurani-Kərimdə buyurulur ki, axirət həyatına inanmayan, öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna qayıtmayacaqlarını zənn edərək, bu dünyada əhli-əyalı, yaxınları və dostları ilə sevinc içində olanların axirətdə vəziyyəti çətin olacaqdır. [3]  Odur ki, İslam dini insanı əbədi səadətdən məhrum etməyən, axirət sevincinə qənim kəsilməyən dünya  şadlığı və sevincinə önəm verir. Əlbəttə, qiyamət günü möminlərə əta olunacaq nemətlərdən biri də sevinc və şadlıqdır. “Ğaşiyə” surəsinin 8-ci ayəsində  buyurulur:

وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ

“O gün bir çox üzlər sevinəcək.”

Ali-İmran surəsinin 170-ci ayəsində Allahın rəhmətini qazanmış şəhidlər haqqında buyurulur:

فَرِحِينَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُواْ بِهِم مِّنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

“Onlar Allahın Öz mərhəmətindən bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə  şadlıq edirlər.”

Bir sözlə, ilahi bəndələri sevindirmək və çətinliklərini aradan qaldırmaqda insanın niyyəti ilahi nərgə boyanmalıdır. Bu zaman “yaxşı əməl” adı ilə ona veriləcək savab və mükafat da qat-qat artacaqdır.

 

www.ahliman.info

[1] “Əl-fiqhul-mənsub iləl-imamir-Riza (ə)”, səh.339.

[2] “Əl-kafi”, 3-cü cild, səh.510.

[3] “İnşiqaq” surəsi, ayə 13-15.

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..