Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Sentyabr 09:07
Şərh Yoxdur
6279

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi qaynamağa başlayır. Peyğəmbəri-Əkrəm (s) buyurur: Hər hansı bir bəndə qırx gün bütün əməllərini Allah üçün xalis edərsə, hikmət çeşmələri onun qəlbindən dilinə axar.”[1]

Əmirəl-möminin Əli əleyhissəlam buyurur: Haradadır əməllərini Allah üçün xalis edənlər, qəlblərini Allahın diqqət mərkəzinə çevirmək istəyərək pak edənlər?!”[2]

Fatimeyi-Zəhra (s.ə) buyurur: Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər.”[3]

Əmirəl-möminin Əli əleyhissəlam buyurur: Bəndələrin pak qəlbləri Sübhan Allahın nəzər etdiyi yerlərdir. Hər kəs öz qəlbini paklaşdırsa, Allahın nəzər yetirdiyi yerə çevrilər.”[4]

Peyğəmbəri-Əkrəm (s) Cəbrəildən, o da Mütəal Allahdan nəql edir:İxlas Mənim sirlərimdən olan bir sirdir ki, sevdiyim bəndənin qəlbində əmanət qoyaram.”[5]

İxlasın müəyyən mərtəbə və dərəcələri vardır. Onun ən aşağı dərəcəsi budur ki, insan bütün ibadətlərini şirkdən, riyadan, özünü göstərməkdən xalis etsin və onları yalnız Allah üçün yerinə yetirsin. İxlasın bu miqdarı ibadətin düzgün olması şərtidir və bu olmazsa, Allah dərgahına yaxınlıq hasil olmaz. Əməlin dəyəri niyyətin paklığına, şirk və riyadan xalis olmağına bağlıdır.

Peyğəmbəri-Əkrəm (s) buyurur: Allah sizin surət əməllərinizə baxmır, O sizin qəlblərinizə baxır.”[6]

İmam Cəfər Sadiq (ə) buyurur: «Mütəal Allah buyurur: Mən ən yaxşı şərikəm. Hər kəs əməldə başqasını Mənə şərik qərar verərsə, hamısını şərikimə həvalə edərəm. Mən yalnız xalis əməli qəbul edərəm.”[7]

O Həzrət (ə) yenə buyurur: AllahTəala qiyamətdə insanları niyyətləri əsasında məhşur edəcəkdir.”[8]

Əmirəl-möminin Əli əleyhissəlam buyurur: Xoş olsun o kəsin halına ki, ibadət duasını yalnız Allah üçün yerinə yetirsin, qəlbini gözü sataşan şeylərlə məşğul etməsin, qulağına çatan şeylər vasitəsilə Allahın zikrini unutmasın, başqasına verilən şeylər səbəbi ilə qəmgin olmasın.”[9]

Yenə buyurur: Əməldə ixlas adət əlamətlərindəndir.”[10]

O ibadət Allah tərəfindən qəbul edilir və insanın Allah dərgahına yaxınlaşmasına, kamala yetməsinə səbəb olur ki, hər növ riyadan, özünü istəməkdən, özünü göstərməkdən pak olsun, yalnız və yalnız Allah üçün yerinə yetirilsin. Əməlin qəbul olunması və dəyərinin meyarı ixlasdır. İxlas nə qədər çox olarsa, əməl də bir o qədər kamil və dəyərli olacaqdır.

 

www.ahliman.info

[1] “Biharul-ənvar”, 70-ci cild, səh.242

[2] “Ğurərul-hikəm”, səh.157

[3] “Biharul-ənvar”, 70-ci cild, səh.249

[4] “Ğurərul-hikəm”, səh.538

[5] “Biharul-ənvar”, 70-ci cild, səh.249

[6] “Biharul-ənvar”, 70-ci cild, səh.248

[7] “Biharul-ənvar”, 70-ci cild, səh.243

[8] “Biharul-ənvar”, 70-ci cild, səh.209

[9] “Biharul-ənvar”, 70-ci cild, səh.229

[10] “Ğurərul-hikəm”, səh.43

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..