Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 İyul 12:32
Şərh Yoxdur
6546

Həqiqi mömin olmaq üçün nə etmək lazımdır?

“Və (tövsiyə etdi ki,) bu (əmrlər) Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır”. (“Ənam” 153).

Hər bir müsəlman mömin olmağa çalışır və cəhd edir. Bu yolda Məsumları (ə) özünə ornək və nümunə qərar verir. Hər bir müsəlman mömin ola bilər, bəs bunun üçün nə lazımdır? (Tebyan/Deyerler)

1. Güzəşt etməyi bacarmaq.

“Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”.(“Fussilət” 34).

Güzəşt etmək və bağışlamaq gözəl əxlaq xüsusiyyətlərindəndir ki, müştərək həyatda müsbət təsirə malikdir. Həm ailədə və həm də cəmiyyətdə güzəşt sifəti yayılarsa insanların ruhiyyəsi daha sağlam olar. Güzəşt etmək böyüklik və kəramətin nişanəsidir.

2. Çalışmaq.

“Gecə dincəlməniz və (gündüz iş-güc ilə) Allahın fəzl və kərəmindən (ruzi) axtarmanızdan ötrü sizin üçün (Yer kürəsinin hərəkəti ilə) gecə və gündüzü yaratması Onun (Allahın) mərhəmətindəndir. bəlkə şükür edəsiniz!”. (“Qəsəs” 73).

Ruzi qazanmaq üçün çalışmaq və zəhmət çəkmək – hər bir möminin vəzifəsi olmalıdır. Əgər Məsumların (ə) həyatına nəzər salsaq, görərik ki, onlar da bu yolda heç bir səylərini əsirgəməyiblər. Hər kim bu yolda səhlənkarlıq etsə, həqiqi mömin ola bilməz.

3. Allahı hər bir halda yada salmaq.

“O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28). Həqiqi mömin Allahı hər bir halda yada salar, sevincində, qəmində, evlənəndə, ruzi dalınca gedəndə, infaq edəndə…

4. Qurana və Qiyamət gününə iman bəsləmək.

“O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (Qiyamət) gününə yəqinlikləri vardır. Məhz onlar (Qur’anın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Qur’an onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir)”. (“Bəqərə” 4-5). Əgər həqiqi mömin olmaq istəyirsinizsə, gərək Qurana və Qiyamət gününə iman gətirəsiniz. Mömin Qurana iman gətirməli, onu oxumalı və əməl etməlidir. Sadəcə iman gətirmək kifayət deyildir.

5. Nemətlərinə görə şükür etmək.

“Buna görə də, Rəbbinə həmd və şükür etməklə yanaşı (Onu) pak sifətlərlə mədh et və səcdə edənlərdən ol!”. (“Hicr” 98).

“(Allahı və Onun əzəmət və cəlalını) yada salan və ya (Onun nemətlərinə) şükür etmək istəyən şəxs üçün gecə və gündüzü bir-birinin əvəzləyicisi edən Odur. (Belə edib ki, yada salmaq və şükür etmək birində yaddan çıxsa, onun əvəzi digərində çıxılsın.)”. (“Furqan” 62).

6. Tövbə etmək.

“Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır»”. (“Nuh” 10). Mömin olmaq istəyən hər bir insan günahlarını etiraf etməli və Allahdan bağışlanma diləməlidir. İstiğfar etmək ona həm bu dünyada və həm də axirətdə fayda gətirər. Belə ki, dünyada olan zaman ruzisi artar, hacətlərinin həyata keçməsi üçün hicablar qalxar. Axirətdə isə tövbə edənlərdən sayılar.

7. İnfaq etmək.

“Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır”. (“Həşr” 9).

Həqiqi mömin ətrafında olan insanlara laqeyd olmamalıdır və ehtiyacı olanlara yardım etməlidir. Bu saydıqlarımız həqiqi mömin olmağın ən az sifətləri idi. Bu yolda səy göstərək və ən azı bu saydığımız sifətlərə yiyələnməyə çalışaq.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..