Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Avqust 17:23
Şərh Yoxdur
2527

Həmişə dəstəmazlı olmağın bərəkətləri

Həmişə dəstəmazlı olmaq – elə bir İlahi tövfiqdir ki, ardınca çoxlu xeyirlər gətirər. Bu xeyirlər ilə tanış olaq:

 

1. Bütün bədənin pak olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dəstəmaz alan zaman Allahın zikrini deyərsə, bütün bədəni pak olar”.

 

2. Günahları yuyular. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, namazqılan dəstəmaz alar, ardınca təsirləri və bərəkətləri olar. O zaman ki, üzünü yuyar – günahın təsirləri üzündən gedər. O zaman ki, əllərini yuyar – əli vasitəsilə etdiyi günahlar aradan gedər. O zaman ki, başına məsh çəkər – başı vasitəsilə yerinə yetirdiyi günahlar məhv olar. O zaman ki, ayaqlarına məsh çəkər – ayaqları vasitəsilə etdiyi günahlar aradan gedər”.

 

3. Duası yerinə yetər. İmam Sadiq (ə) buyurur: “Mən təəccüb edirəm o kəsə ki, hacət və iş ardınca olar, dəstəmazlı olduğu halda hacəti yerinə yetməz”.

 

4. Ruzini artırar. İmam Sadiq (ə) buyurur: “O kəs ki, evinin bərəkət və xeyirini artırmaq istəyir – yemək yeyən zaman dəstəmaz alsın”.

 

5. Diqqəti çoxalar. Mütaliə etməzdən əvvəl dəstəmaz almaq, insanın diqqətini artırar.

 

6. Ömrü uzanar. Həzrət Peyğəmbər (s) buyurur: “Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzatsın”.

 

7. Yatağı məscid olar. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dəstəmazlı yatarsa yatağı onun üçün məscid olar”.

8. Dəstəmazlı halda ölən – şəhid sayılır. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər gecə və gündüz dəstəmazlı olmağı bacarırsansa, bu işi gör. Çünki əgər dəstəmazlı halda ölərsənsə, şəhid olacaqsan”. (Beytutə/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..