Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Avqust 14:49
Şərh Yoxdur
7090

Həzrət Əlinin (ə) möcüzələri – “Həzrət Əlinin (ə) günəş ilə danışması”

İbni Abbas deyir: Məkkəni fəth edib qayıdırdıq, gecə vaxtı Həvazendə[1] idik. Peyğəmbər(s), Əliyyibni Əbi Talibə(ə) buyurdu: Ey Əli! Qalx, Allah yanında olan dərəcəni dərk et! Günəş doğan zaman onunla söhbət et!

Mən Fəzlə dedim: Qalx ayağa, görək Əli(ə) günəş ilə necə söhbət edir. Günəş doğdu. Əli(ə) ayağa qalxıb, ona xitab edərək dedi: Salam olsun Sənə Ey Allahın itaətində həmişə duran saleh bəndə! Günəş onun cavabında dedi: Salam olsun sənə ey Peyğəmbərin(s) qardaşı, canişini və Allahın xalqına olan dəlili! Bu zaman Əli(ə) şükr səcdəsi etməyə başladı. Gördüm Allahın Rəsulu(s) ayağa qalxdı. Həzrət(s) öz əlini, Əlinin(ə) üzünə çəkib buyurdu: Qalx mənim həbibim! Asiman əhli sənin ağlamağına görə, ağlayırlar. Allah-təala, səninlə yüksək fələyi saxlayanlarla fəxr edir.[2]

 

www.ahliman.info

__________________________
[1] Məkan adıdır.

[2] Əmaliye-Səduq, səh. 351. Biharul-Ənvar, 41-ci cild, səh. 177.

Digər “Əhli-Beyt ” Xəbərləri

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..