Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 Yanvar 09:09
Şərh Yoxdur
5152

Həzrət Zəhranın (s.ə) zikri

Namazdan sonrakı ən yaxşı əməl Həzrət Zəhranın (s.ə) təsbihatıdır (zikridir). Bu ali zikri Allahın Rəsulu (s) əziz qızına öyrətmişdir: “34 dəfə “Allahu əkbər”, 33 dəfə “Əlhəmdulillah” və 33 dəfə “Subhanallah.”

Bu qaydada Allahın böyüklüyünə yüz dəfə sitayiş etmək, nemətlərinə şükür etmək, Onu hər şeydən uca, müqəddəs və pak bilmək, İmam Sadiqin (ə) buyurduğu kimi, Allah yanında min rükət müstəhəb namazdan üstündür.[1]

 

Bu təsbihat Əhli-sünnənin mənbələrində də göstərilmişdir.[2]

 

İmam Baqir (ə) buyurmuşdur: “Sitayişlər arasında Həzrət Zəhranın (s.ə) zikrindən daha yaxşısı yoxdur. Əgər olsaydı, Allahın Rəsulu (s) Həzrət Fatiməyə (s.ə) öyrədərdi.”[3]

 

Hədislərdə şəhidlər sərvərinin torpağına səcdə edilməsi təkidlə vurğulandığı kimi, İmam Hüseynin (ə) məzarının torpağından 34 dənəlik təsbehə sahib olmağın da böyük savabı vardır. Hətta zikrlər etmədən də möminin onu sadəcə olaraq yanında saxla­ması belə çox dəyərlidir.[4] Çünki Allaha xatir cihad, şəhidlik və qiyam mədəniyyəti üçün ilham mənbəyi sayılır.

 

Əsas odur ki, bu zikri təmkinlə, düşünərək və diqqətlə söyləmək lazımdır.

Ancaq sözlər sürətlə, tez-tez və anlaşılmaz şəkildə deyilməməlidir. Bu zikr nə qədər vüqarla, üç əsas zikrə diqqət yetirməklə söylənərsə, Allah dərgahında daha dəyərli və insan üçün daha faydalıdır.

 

www.ahliman.info

[1] Mustədrəkül-vəsail, 1-ci cild, səh.336.

[2] Səhihi-Muslim, 1-ci cild, səh.418; “Səhihi- Buxari”, səh.110; “Əbi Macənin sünnətləri”, 1-ci cild, səh.299.

[3] Vəsailuş-şiə, 4-cü cild, səh.1024.

[4] Cəvahirul-kəlam, 10-cu cild, səh.405.

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..