Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 Fevral 12:46
Şərh Yoxdur
3179

Həzrət Zəhranın (s.ə) rövzəsini eşidən xristian qadının hekayəsi

Lenny Drill Sin öz əhvalatını bizimlə belə bölüşür:

 

“56 il əvvəl Danimarkanın kiçik bir şəhərində dünyaya gəlmişəm. Valideynlərim xristian idilər. Atam müəllim, anam isə Danimarka idarələrinin birinin işçisi idi. Mənim bir bacım və bir qardaşım var. Çox təəssüf ki, müsəlman olandan sonra mənim əlaqələrini kəsiblər. Mənim müsəlman olmağımı qəbul edə bilmirlər.

 

O zaman ki, həyat yoldaşımla ailə qurdum, ona dedim ki, səninlə evlənməyim o demək deyildir ki, mən də müsəlman olacağam. Çünki həyat yoldaşım müsəlman idi. Əlbəttə, biz İslam qayda-qanunu ilə evləndik.

 

Biz bir neçə il bu cür yaşadıq. Həyat yoldaşım Kopenhagendə olan hüseyniyyənin təsisçisi idi. Müsəlmanların o günə qədər məscid və hüseyniyyələri yox idi. Həyat yoldaşım məndən istədi ki, orada təşkil edilən məclislərdə mən də iştirak edəm. Ancaq mən razı olmurdum.

 

Bir gün həyat yoldaşım mənə dedi: “Səndən bir xahişim vardır ki, bu gün mənimlə hüseyniyyəyə gələsən. Çünki bu gün Həzrət Zəhranın (s.ə) şəhadət günüdür. Həzrət Zəhra (s.ə) isə İslamın anasıdır”.

 

Baxmayaraq ki, getmək istəmirdim, ancaq razı oldum.

 

Hüseyniyyənin iki mərtəbəsi var idi. Birinci mərtəbə xanımlar üçün idi, ikinci mərtəbə kişilər üçün. Bütün işıqları söndürdülər və mərasim başladı. Bunu sizin üçün təsvir edə bilmirəm. Ancaq sanki ruhum uçurdu və mən o qaranlıq otaqda bir nur gördüm ki, otağın içində hərəkət edirdi. Hiss etdim ki, mənim varlığımda əyləşdi. Xüsusi hala düşdüm, ancaq nəyin baş verdiyini dərk etmirdim.

 

Evə qayıdanda həyat yoldaşım halımın dəyişdiyini hiss etdi və məndən səbəbini soruşdum. Mən də olanları ona danışdım. O, gülümsəyərək dedi: “Bu, təbiidir. Allah istəyir ki, Onun üçün olasan”.

 

Bu sözlər məni sakitləşdirdi. O gündən sonra qərara gəldim ki, İslam dinini qəbul edim. İndi artıq 18 ildir ki, müsəlman olmuşam. Buna görə də anamız Həzrət Fatiməyə (s.ə) çox təşəkkür edir və Allaha şükür edirəm”. (Beytutə/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..