Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 May 10:34
Şərh Yoxdur
2175

Həzrət Zəhranın (s.ə) nəzərində bir xanım üçün ən yaxşı əməl

Həzrət Zəhranın (s.ə) Allah və insanlar yanındakı məqamının səbəbi bəndəlik və ubudiyyət yolunda yüksək zirvəyə qalxmasındadır. Əgər Fatimə (s.ə) əsil Allah bəndəsi olmasaydı, o, Siddiqeyi-Kubra olmazdı.

Siddiq nədir? Siddiq o kəsdir ki, o şeyi düşünüb deyir, onu əməldə də sübuta çatdırır.

Hüccətil-İslam vəl-müslimin Seyyid Haşim Gülpayiqani Xanım (s.ə) haqqında deyir: “Dünya bəşər üçün bir məktəbdir. Orada ancaq irəliyə doğru hərəkət etmək lazımdır. Hədəfini müəyyən etmək lazımdır. Bizim hədəfə malik olub irəliyə getməyimiz üçün örnək və nümunələrə ehtiyacımız vardır. Əgər örnək olmazsa, nəfsimiz bizi azdıra bilər.

Bugünkü ictimai dövrdə qadınlar üçün ən gözəl örnək Həzrət Zəhra (s.ə) olmalıdır. O, iffətin, hicabın, həyat yoldaşına həmdəm olmağın, ictimai fəaliyyət sahəsində mövqeliliyin ən gözəl nümunəsidir.

O zaman ki, Peyğəmbər (s) məclisdə əyləşənlərə sual verir ki, bir qadın üçün ən yaxşı rəftar nədir? Heç kəs bu suala doğru cavab verə bilmir. Nəhayət İmam Əli (ə) bu sualın cavabını Xanımından (s.ə) soruşur.

Həzrət Zəhra (s.ə) buyurur: “Bir qadın üçün ən yaxşı rəftar odur ki, heç bir naməhrəm onu görməsin və o, da naməhrəmi görməsin”.

Həzrət Zəhra (s.ə) atasının yanında tərbiyə almış İlahi səfir idi. Ona görə də Xanımın (s.ə) buyuruşlarının fəlsəfəsinə və dərinliyinə diqqət göstərmək və onu dərk etməyə çalışmaq lazımdır. (Tebyan/Deyerler)

Həzrət Zəhra (s.ə) övlad tərbiyəsində də örnək bir anadır. Övladlarının hər biri, bəşər üçün bir xəzinədir.

Ona görə də bütün xanımlara tövsiyə edirik ki, həm uşaq tərbiyəsində və həm də ailədə Həzrət Zəhranı (s.ə) özlərinə örnək götürsünlər. Ancaq bu zaman təkamül yolunu gedib, kamala çatmaq olar”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..

“Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumə (ə.s.)

1. Adı və ləqəbi: Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında... Davamı..