Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 Avqust 10:41
Şərh Yoxdur
5279

Həzrət Zəhranın (s.ə) fəsahətli nitqləri, məharətli şeirləri, gözəl xəttatlığı, bərəkətli toxuculuğu

Məharət və qabiliyyət – insani sifətlərdəndir ki, hər bir insanda özünü müxtəlif şəkildə büruzə verir. Həzrət Zəhranın (s.ə) da həyatında bir çox məharətləri olmuşdur ki, onlardan bəzisinə işarə edək:

 

1. Natiqlik məharəti. Həzərt Peyğəmbər (s) buyurur: “Hər kəsin gözəlliyi onun söz fəsahətindədir”. Xanımın (s.ə) natiqliyini və söz fəsahətini hər bir xütbəsində aydın görmək olar. Bu xütbələrdən biri də “Fədək” xütbəsidir. Əllamə Məclisi bu haqda deyir: “Bu parlayan xütbə fəsahətli fikir sahiblərini onun heyrətindən sərgərdan etmişdir”.

 

2. Şeir və şairlik məharəti. Sözü şeir qəlibinə tökmək – məharət istəyir. Tarixdə Xanımdan (s.ə) bizə 70 beytə yaxın şeir gəlib çatmışdır ki, Həzrət Zəhra (s.ə) onları özü qoşmuşdur. Merac gecəsindəki şeiri, övlad tərbiyə edən zaman qoşduğu şeirlər, Əli (ə) ilə söhbət edən zaman, öz şəhadətini yada salmaq üçün, Peyğəmbərin (s) qəmi ilə bağlı qoşduğu şeirlər – bu sıradandır.

 

3. Xəttatlıq məharəti. İmam Həsən (ə) və İmam Hüseyn (ə) hələ uşaq yaşlarından xəttatlıq və gözəl yazmaqla məşğul olmuşdur. Onların yazıları ilə adətən Peyğəmbər (s), İmam Əli (ə) və Həzrət Fatimə (s.ə) məşğul olurdu. O zaman ki, Həzrət Əli (ə) Fatimənin (s.ə) başı üstünə gəlir və Fatimənin (s.ə) üzərində olan örtüyü qaldırır, onun yanında əl yazısını tapır. Bu, Həzrət Zəhranın (s.ə) vəsiyyətnaməsi idi.

 

4. Toxumaq məharəti. Toxumaq elə məharətlərdəndr ki, İslam dini onu tövsiyə edir. Bu məharət, həm insanın özünə və həm də ailəsinin ruhiyyəsinə müsbət təsir qoyur. Bir növ ailənin iqtisadi büdcəsinə yardım olur. Bir gün İmam Əli (ə) Xanım (s.ə) tərəfindən qoyun yunundan toxunulmuş əşyanı bazara aparır və yun satana onu almasını təklif edir. O, da bu yun əşyanı 9 kq arpa ilə dəyişir. Bu xəbər Xanıma (s.ə) çatır və Xanım arpanın 3 kq-nı dəyirmandan keçirib, xəmir yoğurur və 5 ədəd çörək bişirir.  (Tebyan/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən,... Davamı..

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..