Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Fevral 11:46
Şərh Yoxdur
4605

Həzrət Yəqubun (ə) Yusifdən (ə) uzaq qalmasının səbəbi

Əbu Həmzə Somali nəql edir: “Mən Əli ibn Hüseynlə (ə) birlikdə cümə günü sübh namazını qıldım. Həzrət (ə) namazı qılandan sonra ayağa qalxdı ki, evə getsin. Mən də Həzrətlə (ə) birlikdə onun evinə getdim. İmam (ə) Səkinə adında olan kənizini çağırdı və ona buyurdu: “Evimin qapısından heç bir dilənçi əliboş qayıtmasın. Onlara bir şey yedizdirin, bu gün cümə günüdür”. (Tebyan/Deyerler)

İmama (ə) dedim: “Axı bütün dilənçilər buna layiq deyildir”.

Buyurdu: “Ey Sabit! Qorxuram ki, onların arasında biri layiq olsun və biz də ona bir şey yedizdirmədən rədd edək. O zaman biz Əhli-Beytin (ə) də başına o şey gələr ki, Yəqubun (ə) və Ali-Yəqubun başına gəlmişdi. Onların hamısına yemək verin.

Yəqubun (ə) adəti belə idi ki, hər gün bir qoçu qurban edərdi və onu sədəqə verərdi. Özü və ailəsi də ondan yeyərdi. Cümə günlərinin birində Allah yanında məqama malik olan mömin bir dilənçi iftar zamanı Yəqubun (ə) evinin önündən keçirmiş və qapını döyüb yemək istəyir və bir neçə dəfə təkrar edir. Bir müddət belə dayanır, ancaq ona inanmırlar və haqqını vermirlər. O zaman ki, ev əhlindən məyus olur, “İnnəllah” deyir və ağlayır. Allaha aclığına görə şikayət edir və səhərə qədər qarnını sıxıb durur. Səhər yenə oruc olur və Allaha həmd etməklə məşğul olur. Yəqub (ə) və ailəsi həmin gecəni tox halda keçirirlər.

Həmin gecənin səhəri Allah Yəquba (ə) vəhy göndərir: “Sən ey Yəqub! Mənim bəndəmi xar etmisən. Bu əməlinlə Mənim qəzəbimi özünə tərəf çəkmisən. Layiq etmisən ki, sənə və oğullarına bəla göndərəm. Ey Yəqub! Mənim yanımda ən məhbub peyğəmbər və onun ən hörmətlisi o kəsdir ki, bəndələrimin yoxsullarına qarşı rəhimli olsun. Onları özünə yaxınlaşdırsın və yemək versin.

Ey Yəqub! Dünən gecə gün batan zaman ibadət əhli olan Demayil ki, dünyanın azına qane olan insandır, qapına gəlmişdi. İftar zamanı olduğu üçün sizi çağırır ki, qərib bir dilənçiyəm. Ancaq siz ona bir şey vermədiniz. “İnnəllah” deyib, ağladı və Mənə şikayət etdi. Səhərə qədər ac qarnını qucaqladı və Allahın həmdini yerinə yetirdi. Məni razı salmaq üçün səhəri də oruc tutdu. Sən ey Yəqub! Oğlanlarınla birlikdə tox qarınla yatdınız, baxmayaraq ki, yeməyin çoxu qalmışdı.

Ey Yəqub! Məgər bilmirsən ki, Mənim övliyalarıma bəla və cəzam, düşmənlərimdən daha tezdir? Bəli, övliyaları dünyada giriftar edərəm, əskinə – düşmənlərimə genişlik verərəm. İndi bil ki, izzətimə and olsun sənin başına bəla gətirəcəyəm və oğullarını müsibət hədəfim qərar verəcəyəm. Səni cəzamla tərbiyə edəcəyəm. Özünüzü Mənim bəlama hazırlayın, qəzama razı olun və müsibətə səbir edin””.

Əbu Həmzə deyir: “İmamdan soruşdum ki, Həzrət Yusif (ə) o yuxunu hansı gecədə görmüşdü”. İmam (ə) buyurdu: “O gecədə ki, Yəqub (ə) və ailəsi tox qarınla və Demayil ac halda idi və səhər yuxudan duranda atası üçün nəql edir. Yəqub (ə) o zaman ki, oğlunun yuxusunu eşidir, qəmə batır. O zamana qədər qəmgin olur ki, Allah vəhy göndərir: “İndi bəlaya hazır ol!”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..