Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Noyabr 12:41
Şərh Yoxdur
2233

Həzrət Peyğəmbərin (s) gündəlik həyatda hamı üçün nümunə olan 10 xüsusiyyəti

Həzrət Peyğəmbər (s) – həyatımızın hər bir sahəsində örnək götürə biləcəyimiz insandır. Bu dahi insanın hər bir rəftarı, danışığı, əxlaqı bütün müsəlmanlar üçün nümunə olmalıdır.

 

Bəs bu əməllər hansılardır?

 

1. Danışıq və rəftarda“Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21).

Biz Peyğəmbərdən (s) rəftar və danışıqlarımızda örnək götürməliyik. Çünki Həzrət (s) həmişə düz danışar və rəftarları Allah bəyənən olardı.

Bəs biz necə, beləyikmi? Əgər Həzrətdən (s) örnək götürsək, hər bir insan Həzrətin (s) rəftarı kimi rəftara, danışığı kimi danışığa malik ola bilər. Sadəcə səy göstərmək lazımdır.

2. Paklıq və zahiri görünüş. Dinimiz buyurur ki, hər bir müsəlman paklığına və zinətlənməsinə diqqət göstərməlidir. Çünki Allah Təala Öz bəndələrinin gözəl olmasını istəyir. Həzrət Peyğəmbər (s) buyurur: “Allah çirkin olmağı və çirkli olmağı düşmən bilər”.

3. Misvak etmək. Ağzın gigiyenasına əməl etmək – insanın sağlamlığına təsir edən amillərdəndir. Həzrət Peyğəmbər (s) buyurur: “Allah tərəfindən misvakla bağlı o qədər göstəriş aldım ki, qorxdum ki, mənə vacib olsun”.

4. Ətirlənmək. Ətirdən istifadə etmək – ruhu təravətləndirər və sevindirər. Həzrət Rəsuli-Əkrəm (s) həmişə ətirdən istifadə edərdi. Onun ətrinin iyindən insanlar başa düşərdilər ki, həmin yerdən Peyğəmbər (s) keçmişdir.

5. Gigiyenaya riayət etmək. Həzrət Peyğəmbər (s) şəxsi gigiyenasına həmişə diqqət göstərərdi. O, mübarək başını sidrlə yuyar, ətirlənər və təmiz paltar geyinərdi. Hər cümə günü dırnaqlarına tutardı.

6. Yemək yeməkdə. Həzrət Peyğəmbər (s) nemətlərə qarşı xüsusi ehtirama malik idi. Ona görə də yeyən və içən zaman israfdan uzaq olmağı tövsiyə edərdi. Özü də çox yemək yeməzdi. Çünki israf etməkdən qaçardı.

7. Paltar geyinməsində. Həzrət Peyğəmbər (s) geyimlərinə xüsusi diqqət göstərərdi və ən çox pambıqdan olan geyimlər geyinərdi. İmam Əli (ə) buyurur: “Pambıq paltarlar geyinin, çünki Allah Peyğəmbərinin (s) geyimidir”.

8. Namaza eşqində. Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: “Ey Əbuzər! Allah Təala gözümün nurunu namazda qərar vermişdir. Onu mənim üçün sevimli etmişdir, necə ki, yeməyi ac və suyu təşnə üçün sevimli etmişdir”.

9. Camaat namazında. Həzrət Peyğəmbər (s) camaat namazında insanların sıraya düzəlməsinə xüsusi diqqət göstərərdi. İstəyərdi ki, namazqılanlar cərgələrində nəzmə malik olsunlar və heç bir əyrilik gözə dəyməsin.

Həzrət (s) namazdan əvvəl mübarək əllərini müsəlmanların çiyninə qoyar və buyurardı: “Nəzmli və saf dayanın. Əks halda qəlbləriniz münaqişəyə düçar olar”.

10. Quran oxumaqda. İmam Əli (ə) buyurur: “Allahın Rəsulu (s) “Əla” surəsini sevərdi və buyurardı: ““Sübhənallahi Rəbbi Əla” ayəsini ilk olaraq Mikayil (ə) söyləmişdir”. (Tebyan/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..