Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 Avqust 09:56
Şərh Yoxdur
8681

Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?

Hədislərimiz buyurur ki, kərim insanın ən üstün sifətlərindən biri də başqalarını bağışlamaq bacarığıdır. Qurani-Kərimdə buyurulur ki, hər kim bağışlamağı bacarar, Biz də onu cənnətə aparırıq. “Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin. (Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah vəşadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqdaxərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 133-134).

 

Ancaq əgər tarixə nəzər salsaq görərik ki, bəzi hallarda Peyğəmbər (s) əfv etməyi məsləhət görməmişdir.

 

Həzrətin (s) əfv edə bilmədiyi kəslərdən biri o kəslər idi ki, cinayət törədirdilər və açıqca deyirdilər ki, əgər məni azad etsələr, həmin cinayəti yenə təkrar edəcəyəm. Misal üçün Bədr döyüşündən sonra bir nəfər Həzrətin (s) xidmətinə gəlir və deyir: “Məni bağışlayın, səhv etmişəm. Mənim arvad və uşaqlarım vardır”.

 

Həmin şəxs əsir idi və ona edam hökmünü vermişdilər. Həzrət (s) ona buyurur: “O zaman bağışlayaram ki, bir daha müharibəyə gəlməyəsən”.

Deyir: “Olar”.

O zaman ki, onu azad edirlər, müşriklərin yanına gedir və deyir: “Bu dəfə də döyüşsəniz ilk sırada olacağam”.

Elə ki, Ühüd döyüşü olur, yenə gəlir. Tərslikdən döyüşdə ələ düşür və əsir olur. O zaman ki, Həzrətin (s) yanına gətirirlər, deyir ki, ağacan, bu dəfə də məni bağışla! Həzrət (s) buyurur: “Xeyr, bu dəfə deyil”.

Ona görə də əfvin şərtləri vardır və hər kim ona riayət edərsə, əfv olunmağa layiq olar. Əks halda əgər dinimizə ziyan vura biləcək cinayətkardırsa, onu əfv etmək məsləhət deyildir.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

– bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş…   İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı,... Davamı..

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir   Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına... Davamı..

imam Həsən Əskərinin (ə) şəhadəti

Rəbiül-əvvəl ayının 8-i on birinci imamımız imam Həsən Əskərinin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və o həzrətin... Davamı..

Bu gün əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfat günüdür

Bu gün Qəməri təqvimi ilə səfər ayının 28-i əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfatı və imam Həsən ibni Əlinin (ə) şəhid... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..