Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 May 11:18
Şərh Yoxdur
1294

Həzrət Məhdinin (ə.f) Fitr bayramındakı duası

İmam Məhdi Sahibəz-Zaman (ə.f) belə dua edir: “Pərvərdigara! Sənə üz tuturam o halda ki, Peyğəmbər (s) qarşımda, Əli (ə) arxamda sağ tərəfdə və qalan İmamlar (ə) da sol tərəfdədirlər. Onlarla Sənə yaxınlıq axtarıram və onlardan başqa heç kəsi Sənə yaxın tapmadım. Onlar İmamlardırlar. Öz rəhmətinlə məni saleh bəndələrin zümrəsindən qərar ver!

 

Pərvərdigara! Səni istəyirəm və mənə diqqət et. Sənin yanında olanı axtarıram. Ona görə də mənim üçün (onu) asan et və hacətlərimi yerinə yetir. Sən Öz Kitabında və haqq kəlamında belə deyirsən: “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır”. (“Bəqərə” 185).

 

Bu ayın ehtiramını və hörmətini, onda Quran nazil edərək və həmçinin Qədr gecələrini onda qərar verərək, daha da artırdın. Dedin: “Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər”. (“Qədr” 3-4).

 

Allahım! Ramazan ayının günləri başa çatmışdır. Bu ayda elə işlər yerinə yetirdik ki, Sən onlardan agahsan və sayını da yaxşı bilirsən.

 

Allahım! Səndən o şeyi istəyirəm ki, saleh bəndələrin istəyir. Həzrət Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və o şey ki, məni Sənə yaxınlaşdırır, məndən qəbul et. Mənə əməlimin qəbul olmasını və dualarımın yerinə yetməsini lütf et. Atəşdən xilas olmağı mənə inayət et və xilas olmağımla mənə minnət qoy.

 

Pərvərdigara! Sənin tək olmağına and verirəm ki, əgər bu ayda məndən razı qalmısansa, ömrümün qalan hissəsində Öz razılığını mənə artırasan.

 

Əgər bu ayda məndən razı olmamısansa həmin bu saat, həmin bu saat, həmin bu saat məndən razı ol! Həmin bu saatda və bu yerdə məni cəhənnəm atəşindən xilas olanlardan və cəhənnəm əzabından azad olanlardan və xoşbəxt məxluqlarından qərar ver. Ey, mehribanların ən mehribanı!

 

Allahım! Bu ayı Sənin üçün oruc tutduğum son Ramazan ayı qərar vermə. Məni başqa Ramazan aylarına da çatdır ki, məndən razı olasan, məni bu dünyadan salamat xaric edəsən. O halda ki, məndən razı olmusan.

 

Pərvərdigara! Bu ildə və hər ildə məni Öz Evinin hacısı qərar ver, o halda ki, həcci qəbul olmuş, səyi mədh edilmiş, günahları bağışlanılmış, əməlləri qəbul olunmuş, səfəri salamat olmuşdur. Əməlini həvəslə yerinə yetirmişdir və canları, malları, övladları və o şeyi ki, onlara nemət vermisən – qorunmuşdur.

 

Allahım! Məni arzularımda ümidsiz etmə və ümidimi yerinə yetir. Muhəmməd (s) və Ali-Muhəmməd (ə) vasitəsilə Sənə üz tutmuşam və onları özümün, arzularımın, istəklərimin, yalvarmalarımın qarşısında qərar vermişəm. Simamı onların vasitəsilə dünya və axirətdə ağ et və məni dərgahının yaxın olanlarından qərar ver. Sən onları tanımam üçün mənə minnət qoydun, ona görə də onların vasitəsilə aqibətimi səadətlə xətm et. Çünki Sən hər işə qadirsən!”. (Erfan/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..