Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 May 10:50
Şərh Yoxdur
4123

Həzrət İsa (ə) Həzrət Adəmdən neçə il sonra dünyaya gəlib?

Həzrət İsa (ə) Ulul-əzm peyğəmbərlərdən biridir ki, ləqəbi Məsihdir ki, mənası mübarək deməkdir.

Həzrət İsanın (ə) adı Quranda 25 dəfə, ləqəbi isə 13 dəfə işlənmişdir. Həzrət İsa (ə) Həzrət Adəmdən (ə) 5585 il sonra və İslam peyğəmbərinin (s) besətindən 500 il əvvəl Kufə diyarında Fəratın kənarında dünyaya gəlmişdir. Anası Həzrət Məryəm (s.ə) fəzilətli və təqvalı xanımlardan idi. Həzrət Məryəmin (s.ə) adı isə Quranın 12 surəsində və 34 ayədə bəyan edilmişdir.

Həzrət İsa (ə) körpə vaxtı insanlarla danışmış və böyüyən zaman ölüləri diriltmək kimi möcüzələr etmişdir. O, 30 yaşında peyğəmbər olmuşdur. Bəni-İsrayili Təkallahlığa dəvət etmişdir. O, Ulul-əzm peyğəmbərlərdən olmuş və səma kitabına malik olmuşdur. 35 yaşı olan zaman yəhudilər onu öldürmək üçün plan cızırlar. Ancaq Allahın iradəsi ilə səmaya qalxır və Həzrət Məhdinin (ə.f) zühuru zamanı yerə enəcəkdir.

Onun haqqında nazil olan bəzi ayələrə nəzər salaq:

“Məryəm oğlu İsaya aydın dəlillər əta etdik və onu Ruhul-Qudusla qüvvətləndirdik”. (“Bəqərə” 87).

“(Ey möminlər) deyin: «Biz Allaha və bizə nazil olana, İbrahim, İsmail, İshaq, Yəqub və Əsbata (Yəqubun nəvələrinə) nazil olana, Musa və İsaya, eləcə də peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman gətirdik”. (“Bəqərə” 136).

“Və Məryəm oğlu İsaya aydın dəlillər (aşkar möcüzələr) əta etdik və onu «Ruhul-Qudus» ilə qüvvətləndirdik”. (“Bəqərə” 253).

“(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır»”. (“Ali-İmran” 45).

“Beləliklə, elə ki, İsa onlardan küfr hiss etdi (onların hamısının iman gətirməyəcəyini bildi, din üçün bir mərkəz müəyyənləşdirmək və onun sütunlarını, qoruyucularını möhkəmləndirmək məqsədi ilə) dedi: «Kimlərdir Allaha doğru (hərəkətdə) mənim köməkçilərim?». Həvarilər (onun ağ geyimli və nurani qəlbli xas dostları) dedilər: «Biz Allahın köməkçiləriyik; Allaha iman gətirdik və şəhadət ver ki, biz təslim olanlarıq»”. (“Ali-İmran” 52).//Deyerler

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..