Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 İyul 09:08
Şərh Yoxdur
13611

Həzrət İmam Rzadan (ə) hədislər

1 Hədis: İmanın dörd əsası var: Allaha təvəkkül, Allahın verdiklərindən razı qalmaq, Allahın əmrlərinə təslim olmaq, işləri Allaha tapışırmaq.

2 Hədis: İmam Rzadan (ə) ən üstün bəndələr haqqında soruşuldu. İmam (ə) buyurdu: Onlar yaxşılıq edəndə xoşhal olur, pislik edəndə üzr istəyir,  əta ediləndə şükür edir, bəla gələndə səbir edir,  qəzəblənəndə bağışlayırlar.

3 Hədis:  Yoxsulla rastlaşanda varlılarla salamlaşdığından fərqli salamlaşan insan qiyamət günü Allahın qəzəbinə gələr.

4 Hədis: İmam Rzadan (ə) dünya xoşbəxtliyi haqqında soruşdular. Buyurdu: Evin genişliyi və dostların çoxluğu dünya xoşbəxtliklərindəndir.

5 Hədis: Hakimlər yalan danışanda yağış yağmaz, başçının zülmü dövləti rüsvay edər. Malın zəkatı verilməsə mal-qara məhv olar.

6 Hədis: Möminin problemini həll edib onu qəmdən qurtaranı Allah qiyamət günü qəmdən azad edər.

7 Hədis: Allahın nəzərində vacib əmrlərdən sonra ən üstün iş mömini sevindirməkdir.

8 Hədis:  Üç iş başqa üç işdən aslıdır. Kifayət qədər imkanı olmayan çətinlik çəkər, işdə geri qalan məhrumiyyətə düçar olar, avam insan mərifət əhlinin düşməni olar.

9 Hədis: Yoxsullulqla var-dövlət, çox yaxşılıqla az yaxşılıq arasında orta hədd tutun. Allah-Taala qiyamət günü para xurmanı Ühüd dağı həddində böyüdər.

10 Hədis: Bir-birinizin görüşünə gedin ki, sevgi yaransın. Bir-birinizin əlinizi sıxın və bir-birinizə qəzəblənməyin.

11 Hədis: Din və dünya işlərində sirr saxlayın. Rəvayətə görə sirr açmaq küfrdür. Buyurulur ki, sirr açan qətlə şərik sayılar. Tövsiyə olunur ki, düşməndən gizlədiyini dost da bilməsin.

12 Hədis: İnsan düşdüyü quyudan əhdi pozmaqla çıxa bilməz. Zülmlə yanaşı hiylə insanı əzabdan xilas etməz.

13 Hədis: Hakimdən qorxun olsun, dosta qarşı təvazökar ol, düşmənlə ehtiyatlı davran, xalqla xoş rəftar et.

14 Hədis: Kim Allahın verdiyi az rusidən razı qalsa, Allah da onun cüzi əməli ilə kifayətlənər.

15 Hədis: Ağıl Allahın insana hədiyyəsidir. Ədəbli olmaq ağrıya dözməkdir. Zəhmət çəkib ədəbini qorumaq istəyən arzusuna çatar. Amma zəhmət çəkməklə ağıl qazanmaq istəyən yalnız öz cəhalətini artırar.

16 Hədis: Ailəsinin dolanışığı üçün ruzi arxasınca qaçanın mükafatı Allah yolunda vuruşan mücahidin mükafatından çoxdur.

17 Hədis: Beş xüsusiyyəti olmayan insandan dünya və axirətdə bir xeyir gözləmə. Bir insanda  etibar, səxavət, möhkəmlik, nəcabət, Allah qorxusu görməsən, ondan xeyir gözləmə.

18 Hədis: İki dəstə baş-başa gələndə qələbə əfv və güzəşti çox olan tərəfindir.

19 Hədis: Məbada Ali-Məhəmməd, Əhli-beytlə dostluğa güvənib saleh əməli tərk edəsiniz. Məbada saleh əmələ güvənib Ali-Məhəmməd, Əhli-beytlə dostluğu tərk edəsiniz.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..