Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Noyabr 15:12
Şərh Yoxdur
3450

Həzrət Əli (ə) İmam Zaman ağanın (ə.f) zühurundan əvvəlki vəziyyətin əlamətləri barədə buyurmuşdur…

İmam Əli (ə) “Nəhcul-bəlağə”də İmam Zaman ağanın (ə.f) zühurundan əvvəlki vəziyyətə işarə edən kəlamlar bəyan etmişdir ki, onlarla tanış olaq.

 

Həzrət Əli (ə) 150-ci xütbədə buyurur: “O, (yəni, Həzrət Hüccət (ə.f)) uzun illər insanlardan gizli halda yaşayacaqdır. O yerə qədər ki, addımının əsərini (nişanəsini) tanımayacaqlar. Baxmayaraq ki, əsər vənişanələrini tapmaq üçün çoxlu səy edəcəklər”.

 

İmam (ə) 182-ci xütbəsində buyurur: “O, (yəni, İmam Zaman (ə.f) yoxa çıxacaqdır, o zaman ki, İslam batacaq, yolda qalmış dəvə kimi yerdəqalacaq və sinəsini torpağa yapışdıracaqdır”.

 

İmam Əli (ə) bu xütbəsində İslam dinini yolda qalmış dəvəyə bənzətmişdir ki, insanlara az fayda verən mənasını verir. İmam (ə) bu sözləri ilə qeyb zamanında baş verəcək vəziyyəti başa salmağa çalışmışdır. Həmçinin buyurur ki, İmam Məhdi (ə.f) zühur etməzdən əvvəl İslam dini bir günəş kimibatacaqdır. (Tebyan/Deyerler)

 

İmam Əli (ə) 138-ci xütbəsində buyurur: “İnsanlar hidayəti öz həvəslərinə tabe edərlər. Quran təfsiri adı ilə öz nəzərlərini Qurana təhmil edərlər”.

 

Həzrət (ə) 150-ci xütbəsində buyurur: “Sol və sağ yollarına getdilər, zəlalət və yolunu azmaq yolunu başa vurdular. Aydın hidayət yolunuburaxdılar”.

 

İmam (ə) bu kəlamında sağ və sol dedikdə, ifrat və təfriti nəzərdə tutmuşdur.İmam Məhdinin (ə) zühurundan əvvəl dünyanın hər yerində yolunu azmış cəmiyyətlər və firqələr olacaqdır ki, aydın hidayət yolu ilə deyil, zəlalət yolu ilə gedəcəklər.

 

İmam Əli (ə) 138-ci xütbədə buyurur: “Gələcəkdə (axəril-zamanda) sizin aranızda döyüş atəşi alovlanacaqdır. Dişlərini göstərəcəkdir. Çox südüolan sinələri ilə sizə tərəf gələcəkdir ki, onu əmmək şirindir, ancaq sonu acı və zəhərlidir. Sabahısı gündən agah olun ki, sizin ondan heç bir xəbəriniz yoxdur”.

 

İmam Əli (ə) zühurdan əvvəlki vəziyyəti bir heyvana bənzədir ki, hücum etmək üçün dişlərini göstərər. Yəni, bu dövrdə insanlar üçün çox sayda çətinliklər baş verəcəkdir. Bu heyvanın sinələrinin dolu olması dedikdə isə, insanların döyüşə hazır olmasına işarə etmişdir. Buyurur ki, sizin gələcəkdə baş verənlərdən xəbəriniz yoxdur, ancaq ona hazır olmağa çalışın.

 

İmamın (ə) bu kəlamlarının necə həyata keçdiyinin şahidi oluruq və həqiqətən də axəril-zaman çətinliklər və bəlalarla dolu olan bir zamandır ki, İmamın (ə.f) zühurunun mütləq olmasını bir daha bizə xatırladır.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..