Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Yanvar 10:00
Şərh Yoxdur
5392

Həzrət Əli (ə): “And içmək alveri canlandırar, amma bərəkəti aparar”

Həzrət Məhəmməd (s) buyurub: “Bazar bixəbərlik və qəflət sarayıdır. Kim bazarda bir təsbih desə, Allah-taala ona min-min savab yazar.”[1]

İmam Əli (ə) Haris Həmdaniyə yazdığı məktubda qeyd edir. “Bazarların yığıncaq yerlərindən çəkin ki, ora şeytanların toplandığı meydan, fitnə və azğınlıqların yarandığı yerdir.”[2]


İmam Baqir (ə) buyurub: “Yer üzünün ən pis yerləri bazarlardır. Bazar şeytanın meydanıdır, sübh tezdən öz bayrağını orada sancıb taxtını qurar və övladlarını hər tərəfə peymanələri (mayelərin ölçü qabı) az verənlərə, ya tərəzini yüngül çəkənlərə və metrədə oğurluq edənlərə, ya malını satmaq üçün yalana əl atana tərəf göndərər. O, öz övladlarına deyər: “Sizin atanız (iblis) hələ sağ olduğu bir halda atası (Həzrəti Adəm) ölmüş kişini aldatmağı sizə tövsiyyə edirəm.” İblis bazara girən birinci şəxslə daxil olar və bazarı tərk edən axırıncı şəxs ilə oradan çıxar.”[3]

 

İmam Əlinin(ə) bazar əhlinə nəsihəti

Əbu Səid nəql edir: “Həzrət İmam Əli (ə) bazara daxil olub buyurardı: “Ey bazar əhli! Allahdan qorxun və and içməkdən çəkinin. Çünki and içmək alveri canlandırar, amma bərəkəti aparar. Həqiqətən, qazanc əldə edən və tacir öz ticarətində haqqa riayət etməyincə günahkardır. Vəssəlam!” Sonra gedər və bir neçə gündən sonra yenidən gəlib belə sözlər buyurardı.”[4]

 

www.ahliman.info
________________

[1] Kənzul-Ummal, hədis 9330

[2] Nəhcül-Bəlağə, məktub 69

[3] Biharul-Ənvar, c.84,səh. 11 , hədis 87

[4] Biharul-Ənvar, c.103,səh. 102 , hədis 44

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..