Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Sentyabr 16:08
Şərh Yoxdur
3325

Həzət Qaim (ə.f) Ayətullah Mərəşi Nəcəfi ilə görüşəndə etdiyi tövsiyələr

Rəhmətlik Ayətullahül-üzma Mərəşi Nəcəfi dəfələrlə İmam Zamanın görüşünə nail olmuşdur. Biz burda, nəql olunan hekayələrdən ancaq birini yad edəcəyik.

Mərəşi Nəcəfi deyirdi:

Samirrada yaşadığım əyyamlarda bir gün axşam həzrət seyyid Məhəmmədi ziyarət etmək üçün Samirradan çıxıb yola düzəldim və yolda azdım.

Yolun yorğunluğu, susuzluq və aclıq bir tərəfdən, o biri tərəfdən də səhranın isti küləyi məni taqətdən salıb həyata ümidimi üzdü. Bihuş olub isti qumlar üzərinə yıxıldım.

Özümə gəlib gözlərimi açanda başımı bir nəfərin dizi üstə gördüm. Həmin adam kuzəni mənim dodaqlarıma toxundurub su içməyimə kömək edirdi. İndiyə qədər bu lətafətdə, bu sərinlikdə su dilimə dəyməmişdi. Su içdikdən sonra süfrə salındı. Süfrədə iki üç girdə ətirli çörək var idi. Çörəyi yedikdən sonra həmin ərəb kişi mənə dedi:

−Yaxınlıqda bir arx var, gedib orda yuyuna bilərsən. Dedim:

Bu ətrafda arx-filan yoxdur, əgər olsaydı mən susuzluqdan bu hala düşməzdim.

Həmin ərəb dedi:

Bu ətrafında axan su deyil, bəs nədir? Bu söz onun ağzından çıxar-çıxmaz gördüm məndən bir az kənarda səfalı suyu olan bir arx uzanıb gedir. Bunu görəndə daha çox təəccübləndim ki, necə olur, mənim kənarımdan şarıl-şarıl su axıb getsin, mən isə bir qurtum sudan ötəri az qala həlak olacaqdım.

Həmin ərəb sonra məndən soruşdu:

Səfərin haradır? Dedim Seyyid Məhəmmədin hərəmini ziyarətə gedirəm. Həmin şəxs bu sözlərimi eşitcək əli ilə yan tərəfə işarə edib dedi:

Bu da seyyid Məhəmmədin hərəmi.

Baxıb gördüm seyyid Məhəmmədin məqbərəsinin yaxınlığındayam. Halbuki mən Qadisiyyə deyilən yerdə yolu itirmişdim və ora ilə seyyid Məhəmmədin məqbərəsi arasında böyük bir məsafə var.

Həmin ərəblə yol boyu söhbətimizdə çoxlu mühüm məsələlər soruşub öyrəndim və mənə bir sıra tövsiyyələr etdi. O cümlədən Qurani-Məcidi tilavət etməyi, Quranın təhrif olduğunu inkar etməyi, valideynə hörmət, seyyidlərə ehtiram etməyi, müqəddəs məkanlara və imamzadələrin ziyarətinə getməyi, gecə namazı qılmağı, Həzrət Zəhranın (s.ə) təsbihinin zikri və şəhidlər ağası Həzrət İmam Hüseynin ziyarətini təkidlə tapşırdı.

Bu arada birdən ağlımdan keçdi ki, ey dili-qafil, olmaya bu adam imam Zaman ola?

Bu fikri ağlımdan keçirməklə gözlənilmədən həmin şəxs gözlərim önündən qeyb oldu. Əziz dostun hüzurunda ola-ola onu tanıya bilmədiyimə çox təəssüfləndim.[1]

 

www.ahliman.info

[1] Əli Rəfim, “Şəhabe şəriət”, səh. 293

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..