Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 Dekabr 15:17
Şərh Yoxdur
3938

Həyatımıza bərəkət verə bilən amillər hansılardır?

Bərəkət dedikdə, İlahi xeyrin qalıcı olması və artması nəzərdə tutulur. Hər bir mömin istəyər ki, Allah onun həyatına xeyir və bərəkət versin. Çünki bərəkətin İlahi və mənəvi tərəfləri çoxdur. Nemətin qalıcı olmasına təsir göstərər, insanı dünyada salamatlığa, axirətdə saədətə yaxın edər.

 

Bəs həyatımıza bərəkət verə bilən amillər hansılardır?

1. İman və təqva. İman və təqvanın insanın maddi həyatına təsiri çoxdur. “Əgər onlar (əsl) Tövrata və İncilə və onlara nazil olana əməl etsəydilər, şübhəsiz (həm) başlarının üstündən və (həm də) ayaqlarının altından ruzi yeyərdilər”. (“Maidə” 66).

İmam Əli (ə) buyurur: “Sizə İlahi təqvanı tövsiyə edirəm. Çünki hər kim təqvalı olar, çətinliklər ona yaxınlaşandan sonra uzaqlaşar. Rəhmət biganə olandan sonra mehriban olar, nemətlər quruduqdan sonra onun üçün qaynayar”.

 

2. Ədalətli olmaq. İmam Əli (ə) buyurur: “Ədalətə görə bərəkətlər artar”.

 

3. Sileyi-rəhm. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs xoşlayır ki, ömrü uzun və ruzisi çox olsun. İlahi təqvaya riayət edin və sileyi-rəhm edin”.

 

4. Yemək vermək. Həzrət Peyğəmbər (s) buyurur: “Bərəkət o evə ki, ondan insanlara xeyir çatar, bıçaq dəvənin donqarına və ya selin öz sonuna çatmasından daha tez çatar”.

 

5. Evə daxil olan zaman salam vermək. Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən hər kim evinə daxil olsa, salam versin. Çünki bərəkət gətirər və mələklər onunla yaxın olarlar”.

 

6. Ticarətdə düz danışmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman iki ticarətçi düz danışar, hər ikisinə bərəkət verilər. Nə zaman yalan danışsa, heç birinə bərəkət verilməz”.

 

7. Qənaət. Peyğəmbər (s) buyurur: “Qənaət – bərəkətdir”.

 

8. İlahi təqdirdən razı olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəsin ruzisi vardır ki, çarəsiz ona çatar. Hər kim ona razı olar – onun üçün bərəkətli və kifayət qədər olar. Hər kim ona razı olmaz – nə bərəkəti olar və nə də ona kifayət edər. Ruzi insanın ardıncadır, necə ki, əcəli ardıncadır”.

İnsanın Allahla rabitə qurması malına bərəkət gətirər, böyüklərə hörmət etmək ruzisinin artmasına təsir qoyar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..