Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Dekabr 14:29
Şərh Yoxdur
2899

Həyatda müvəffəq olmaq üçün lazım olam amillər

İnsanın həyatda müvəffəq olması bir neçə amildən asılıdır. Bu amilləri tanıyaq:

 

1. Hədəfi təyin etmək. Hədəf gərək dəqiq, aydın olsun. Hədəf – bizim intizarında olduğumuz ən yaxşı nəticədir. Hədəfi tanımaq və onu təyin etmək – müvəffəqiyyətə çatmağın ilk addımıdır.

 

2. Ali hədəflərə ümidvar olmaq. İnsanların əksər hissəsi ali mənəvi məqamlara və elmdə, maarifdə tərəqqi etməyə can atırlar. Bu yolla başqa dahi insanlar kimi özünün və başqalarının taleyinə təsir göstərə bilsinlər. İnsanları mənəviyyata dəvət edib, onlara yol göstərsinlər. Ancaq bu dahi insanların müvəffəqiyyətə çatmaq sirrini bilmədiklərinə görə, bu böyük arzulara çatmaqdan ümidsiz olarlar. Onu xam xəyal hesab edərlər. (Deyerler)

 

3. Proqram qurmaq. Yəni, hədəfə çatmaq üçün bəzi fəaliyyətləri təyin etmək. Bir qonaqlıq verən zaman süfrəyə nələri qoyacağımızı planlaşdırdığımız kimi, həyatımızda da hədəfimizə çatmaq üçün proqram və planlarımız olmalıdır.

 

4. İşlərin nəzmli olması. Nəzmli olmaq nəinki dahi insanların müvəffəqiyyət sirridir, bəlkə varlıq aləminin uca sarayı nəzm və intizamın üstündə qurulmuşdur. İnsan əgər proqramlaşdırdığı işlərini nəzmlə yerinə yetirsə, o zaman müvəffəq olar.

 

5. Çətinliklərə dözmək. Hədəfə çatmaq yolunda insanın önünə çox sayda çətinliklər çıxar ki, insan gərək bu çətinliklərə səbir etsin və dözsün. Ancaq o zaman müvvəffəq ola bilər. İmam Həsən (ə) xütbələrinin birində buyurur: “Ey insanlar! O şeyi ki, sevirsiniz ona çata bilməzsiniz, məgər o halda ki, kərahətiniz olan şeyə səbir edəsiniz”.

 

6. Təmrin. İstedadları çiçəkləndirmək üçün təlimə və təhsilə ehtiyac vardır. Bu səhv fikir ki, bəzilərinin sadəcə bəxti vardır və heç bir səy göstərmədən müvəffəqiyyətə çatırlar – qəbul olunası deyildir.

 

7. Əməldə ixlasa malik olmaq. İxlas – elə bir eksirdir ki, insanın əməlinə təsir qoyar. Ixlas – rəftarın və əməlin pak olması deməkdir, insan bu əməldə riyadan və özünü nümayiş etdirməkdən uzaq olar. Allah Təala bu sifətə malik olan insanları mədh edir.“Həqiqətən o, Bizim seçilmiş bəndələrimizdən idi”. (“Yusif” 24).

 

8. Əhli-Beytə (ə) təvəssül etmək. Əhli-Beytə (ə) təvəssül etmək – insanı Allah dərgahında abırlı edər və Ona yaxınlaşmağına səbəb olar. Dahi insanlar hətta elmi məchulları tapmaq üçün belə, Əhli-Beytə (ə) təvəssül edir, onlardan yardım istəyirlər.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..