Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 May 13:00
Şərh Yoxdur
6510

Hər kim İmam Rzanı (ə) ziyarət edərsə, İmam (ə) onu 3 yerdə ziyarət edər

Ola bilsin ki, sizin üçün də bu hal yaranmış olsun, bəzən insan əyləşdiyi yerdən İmam Rzanı (ə) ziyarət etmək istəyir. Məsumlarımız (ə) bizə dəfələrlə buyurur ki, ürəklərinizi azad buraxın, Kərbəla yoluna, Məşhəd yoluna, Mədinə yoluna…

Bu ürəyin sürəti çoxdur və biz gözlədiyimizdən də çoxdur. Gedər və bizi də özü ilə aparar. Bu gün ürəklərimiz Məşhəd yangısı ilə od tutub alışır. Bu müqəddəs məkanı nə qədər ziyarət etsək də, yenə də ürəyimiz tab gətirmir, oranı istəyir.

Zilqədə ayının son günlərində İmamı (ə) ziyarət etməyin xüsusi ləzzəti vardır. Ona görə də bu dəyərli günlərin qədrini bilək və əlimizi bir neçə dəqiqə işdən çəkək. Qərib İmamımızla (ə) xəlvət edək.

 

İmam Rza (ə) buyurur: “Xorasanda bir abidə vardır və elə bir zaman gəlib çatacaqdır ki, həmin abidə mələklərin gəlib-getdiyi məkana çevriləcəkdir – Qiyamətin surunun çalındığı günə qədər və Qiyamət gəlib çatana qədər”.

İmamdan (ə) soruşurlar ki, bu abidə hansıdır? İmam Rza (ə) buyurur: “Bu abidə Tus diyarındadır. Allaha and olsun ki, o diyar – behişt bağlarındandır. Hər kim mənu bu abidədə ziyarət edər, o kəs kimi olar ki, Allahı Rəsulunu (s) ziyarət etmişdir. Onun üçün min qəbul olmuş həccin və min qəbul olmuş ümrənin savabı yazılar. Mən və atam Qiyamət günü onun şəfaət verəni olarıq”.

Həzrət İmam Rza (ə) başqa yerdə buyurur: “Hər kim məni qürbətdə ziyarət edər, Allah onu bizimlə məhşur edər və ali dərəcələrdə bizim rəfiqimiz olar”.

 

İmam Sadiq (ə) buyurur: “Musa ibni Cəfərin (ə) övladlarından olan kişi ayağa qalxacaq və adı – Əmirəl-möminin (ə) adı kimi Əlidir. O, Tusun Xorasan diyarında dəfn olunacaqdır. O, zəhər vasitəsilə öldürüləcək və elə orada qərib şəkidə dəfn ediləcəkdir. Hər kim onun haqqını tanıyan halda ziyarət edərsə, Allah ona o kəsin savabını verər ki, Məkkənin fəthindən əvvəl Allah yolunda infaq edib vuruşmuşdur”.

İmam Rza (ə) buyurur: “Hər kim hərəmimin uzaq olmasına baxmayaraq, məni ziyarət edərsə, Qiyamət günü üç yerdə ziyarətinə gedərəm ki, onu həmin günün çətinliyindən xilas edim: o zaman ki, yaxşı və pis əməllərinin dəftəri açılar, Sirat körpüsündən keçən zaman, əməllərin ölçüldüyü zaman”.

Ona görə də bu əziz İmamımızı (ə) ən azı əyləşdiyimiz yerdən salam göndərərək, ziyarət edək və ruhumuzu bu gözəl vasitə ilə zənginləşdirək.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..