Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Fevral 10:10
Şərh Yoxdur
4076

Hər cavan mömin Quran oxuyarsa, Quran onun ətinə, qanına qarışıb, cisminə və ruhuna nüfuz edər

İmam Xomeyni (r.ə) tez-tez çıxışlarında deyirdi: “Ey cavanlar! Cavanlığınızın qədrini bilin.”  Çünki bu elə bir nemətdir ki, ondan düzgün bəhrələnməklə insan kamala çatıb, ilahi tərəqqiyə nail ola bilər. Halbuki, qocalıq çağlarında bu məqamlara yetişmək ehtimalı çox zəif olur. Elə bu səbəbdən də imamlarımız öz çıxışlarında bu həqiqətə işarə etmişlər.

İmam Sadiq (ə) bu barədə belə buyurur:

Hər cavan mömin Quran oxuyarsa, Quran onun ətinə, qanına qarışıb, cisminə və ruhuna nüfuz edər.

Cavan adam yaş çubuq kimidir; hansı tərəfə əysən, o tərəfə də əyilər. Bu baxımdan onu haqqa tərəf yönəltsən, haqqı tez qəbul edər. Bu dövrdə insanın özünü islah etməsi, çirkin adətlərdən təmizləməsi daha asandır. Məhz bu dövrdə insan:

– Başqa dəyərlərə nisbətən, haqqı daha tez qəbul edir;

– Sağlam bədənə malik olduğu üçün öz ictimai vəzifələrini həyata keçirməkdə daha fəal hərəkət edir;

– Güclü cismə və ruha malik olduğu üçün öz ilahi təkliflərinə daha yaxşı əməl edə bilir;

– Əxlaqi rəzilətlərlə mübarizədə güclü olur;

– Güclü iradə və zehni sayəsində elmin dərin üfüqlərinə gedib çıxa bilir;

– Yorulmadan düşünüb, təfəkkür edə bilir;

– Fəzilətli sifətləri özündə cəmləşdirib, sabit hala gətirə bilir.

Əksinə, qocalıq illəri ömrün cismi cəhətdən zəif, əldən düşdüyü dövrdür. Bu illərdə insanın şəxsiyyəti formalaşma dövrünün sonuna çatır və onu dəyişmək, adətən, qeyri-mümkün olur. Bir sözlə, qocalıq, insanın cismi və ruhi cəhətdən süstülüyə qədəm qoyduğu bir dövrdür.

Qurani-kərimdə üç yerdə qocalıq «şəyb» və «şəybə» təbiri ilə verilmiş, dörd yerdə isə «şeyx» və «şuyux» kimi işlədilmişdir. Həmin misalların əksəriyyətində bu dövr, insan ömrünün təbii cəhətdən zəif illəri kimi göstərilir. Məsələn, həzrət Zəkəriyyə (ə) barəsində buyurulur:

Dedi: Pərvərdigara! Qocalıq sümüklərimi süst etmiş, saçlarımı ağartmışdır.[1]. Və həmçinin, insan həyatının mərhələləri barəsində buyurur:

Allah (Şadlıq və cavanlıq dövranından) sonra zəifləmək və qocalıq dövranını qərar verdi.[2].

Bunlardan əlavə, qocalıq dövrünün acizliyinə Quranın bir çox yerlərində, müxtəlif təbirlərlə işarə olunmuşdur.

Cavanlıq dövrü ixtiyarımızda olan son dərəcədə qiymətli bir fürsətdir. Bu fürsətdən istifadə edib, əxlaqi rəzilətlərin təmizlənməsi ilə məşğul olmalıyıq. Çünki qocalıq illərində bu iş olduqca çətin olur. Təəssüflər olsun ki, insan bir şeyi hiss etmədən, təcrübə etmədən həmin şeyə inanmır. Yəni qocalıb beli bükülməyincə, qocalığın ağrı-acılarını dərk edə bilmir. Doğrudur, qocalıq haqqında deyilənlər və özünün şəxsi müşahidələri vasitəsi ilə kifayət qədər məlumatlı olur. Lakin bu məsələni lazımınca dərk edib, inana bilmir. Elm və mərifətin uca dərəcələrinə yüksələn böyük şəxsiyyətlər olub ki, hələ də onlarda cavanlıq dövründən qalma zəif əxlaqi nöqtələr müşahidə edilir. Onlar bu zəif cəhətlərini ya cavan olanda başa düşməyiblər, ya da başa düşdükləri halda, onu düzəltməyə səy göstərməyiblər. Hər halda həmin zəif nöqtə sağalmaz xəstəlik kimi köhnəlib, əlacsız qalmışdır.

 

www.ahliman.info

[1] «Məryəm» surəsi, ayə 4.

[2] «Rum» surəsi, ayə 54.

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..