Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Aprel 18:16
Şərh Yoxdur
2687

Gürcüstanda İslam mövzusunda beynəlxalq konfrans keçirilib (FOTOLENT)

Gürcüstanın paytaxtı Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsinin və Alulbeyt Dini Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə Tbilisidə “Sülh, şəfqət və rəhmət dini – İslam” adlı beynəlxalq konfrans keçirilib.

Gürcüstan Müsəlmanları İdarəsindən verilən məlumata görə, konfransda tələbələr elm, media və ictimaiyyət xadimləri və 5 ölkədən görkəmli alimlər, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müfti Hacı Yasin Əliyev və Qərbi Gürcüstan üzrə Mufti Hacı Beqlar Kamaşidze, Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən İmam Sadiq (ə) adına məscidin imam cüməsi Hacı Kerim Ucar, Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Hacı Cavad məscidinin axundu Hacı Əhliman Rüstəmov, Türkiyə Diyanət İşləri Başkanlığının nümayəndəsi Hacı Ahmed Erdem, İranda yerləşən Almusta Beynəlxalq Universitetinin nümayəndəsi Hacı Davud Zare və elm və ictimaiyyət xadimləri və digər qonaqlar iştirak edib.

Kamran Məmmədovun moderatorluğu ilə, Ruslan Qasımovun Qurani-Kərimdən ayələrin tilavətindən sonra konfransda İslamın sülh və barışa səsləməsi, haqsızlıq, zorakılığa və qəddarlığa qarşı olması, İslamofobiyanın yol verilməzliyi, beynəlxalq problemlər və onların həllində İslami dəyərlərin rolu, müasir günümüzdə fundamental və radikal din anlayışının təhlükəsi və s. mövzularda çıxışlar olub. Ümumbəşəri, cahanşümul son və kamil din olan İslamın sülh, şəfqət, sayqı , sədaqət , rəhmət, vəhdət, sevgi və barışa səsləyən prinsipləri haqda və digər səmavi dinlərlə birgə terror və ekstremizimin bütün növünə qarşı olduğu haqqında da geniş danışılıbdır.

Konfransın sonunda dünya ictimaiyyətinə İslam dininin düzgün maarifi, Tək ümmət prinsi ətrafında vəhdətin güclənmısi, İslamofobiyanın yolverilməzliyi, terrorla İslamın heç bir əlaqəsi olmaması, dünyada baş verən günahsız insan qırğınlarına dünyanın seyirci qalmaması, dinlərə qarşı dözümsüzlük nümayiş etdirmənin vacibliyi, dini inancların və inanclıların, onların ibadət yerlərinin aşağılanmaması və s.s əhatə edən yekun bəyanat qəbul olunub. Bu mövzuda konfransların davamlı keçirilməsinin, qeyri müsəlman ictimaiyyətinə də sağlam İslamın tanıtdırılması zərurəti söylənilib.

Sonda çıxış edənlərə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən təşəkkür lövhələri iştirakçılara isə Kərim Ucarın təlifi olan “Sülh və Şəfqət dini İslam” və “Rəhmət Peyğəmbəri Hz. Məhəmməd (s)” kitabları hədiyyə olunub.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..