Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Mart 14:07
Şərh Yoxdur
3554

Günahın insana vurduğu 6 zərbə

“Beləliklə günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: «Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!». Onlar (dünyada)etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cisim və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir”. (“Kəhf” 49).

Günahları iki yerə bölmək olar: bədənlə yerinə yetirilən və bədənlə yerinə yetirilməyən. Bədənlə yerinə yetirilən günahlara: qeybəti, oğurluğu, zinanı, əxlaqsızlığı misal çəkmək olar. Bədənlə yerinə yetirilməyən günahlara: həsədi, kini, simicliyi, tamahı misal çəkmək olar. Din alimlərinin nəzərinə görə, kəbirə günahlarının sayı qırxdır. Bəzi hallarda səğirə günahlar kəbirə günahlara çevrilə bilir: səğirə günahı kiçik hesab edən zaman, onu davamlı yerinə yetirən zaman, günahdan razı olan zaman, İlahi himayə ilə məğrur olan zaman. (Tebyan/Deyerler)

Bəs günah bizimlə nə edir?

 

1. Mərifətə mane olar. İmam Sadiq (ə) buyurur: “O zaman ki, insan günah edər, qəlbində qara nöqtə peyda olar. Əgər tövbə edərsə, məhv olar və əgər günahını artırarsa, daha da çoxalar – o yerə qədər ki, bütün qəlbini bürüyər”.

 

2. Duanın yerinə yetməsinə mane olar. Duanın yerinə yetməsinə şərait yaradan amillərdən biri də bəndənin Allahla rabitəsidir. Əgər günah edərsə, onların arasında maneə və pərdə yaranar. Duanın yerinə yetməsinə mane olar. “Kumeyl” duasında oxuyuruq: “Allahım, günahlarımı bağışla ki, duanın qarşısını alar”.

 

3. Hüzuru pozar. İnsan günah işlədən zaman vicdanı onu məzəmmət edər və rahat buraxmaz. İnsandan hüzuru aparar və yerini peşmançılıq alar.

 

4. Həyaya mane olar. Əxlaqın fəzilətli sifətləri insanı günahdan uzaqlaşdırar və onu kontrol edər. Günah insanın bu sifətlərini bir-bir əldən verməsinə səbəb olar. İmam Əli (ə) “Kumeyl” duasında buyurur: “Allahım, günahlarımı bağışla ki, pərdələri cırar”.

 

5. Ömrün uzun olmasına mane olar. Günahın bizim ömrümüzün uzun və qısa olmasına təsiri vardır. İmam Əli (ə) buyurur: “Məhv etməkdə tələsən günahlardan Allaha pənah aparıram”.

 

6. Nemətin dəyişməsinə səbəb olar. İmam Əli (ə) “Kumeyl” duasında buyurur: “Allahım, günahlarımı bağışla ki, nemətlərin dəyişməsinə səbəb olar”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..