Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 İyul 02:51
1 Şərh
3931

Günahdan uzaq olmağa kömək edən təsirli yollar

 

İslam maarifində insan caizul-xəta deyil, mümkünül-xəta hesab edilir. Yəni, insanın günah etməyə icazəsi yoxdur. Lakin əgər onu edərsə, tövbə qapısı üzünə açıqdır. (Tebyan/Deyerler)

 

a) Günahdan uzaq olmağın ən təsirli yollarından biri – insanın özünü tanımasıdır. Yəni, insan özünü tanıyaraq, öz ruhi və etiqadi xəstəliklərini bilərək, İlahi yardımın köməyi ilə özünü müalicə edə bilər. Şeytanın (lən) aldatmalarının qarşısını ala bilər. Ona görə də şeytanla mübarizə etməyin ilk addımı – insanın özünü tanıması və şeytanın nüfuz etdiyi yolları öyrənməsidir.

Günahdan uzaq olmağın iki əsl yolu vardır.

1. Şeytanı (lən) öz həqiqi düşmənin qərar vermək, onun hücum etdiyi yerləri bilmək və onunla mübarizə aparmaq üçün lazım olan vasitələrlə təchiz olunmaq.

2. Bizim əsl səyimiz bu olmalıdır ki, günah olan şəraitdə qərar tutmayaq. Əgər cahillik üzündən günaha düçar olsaq, tövbə edək.

Bunu yaddan çıxartmayaq ki, batinimizdə həm xof, qorxu olmalıdır, həm də ümid. İmam Baqir (ə) buyurur: “Elə bir mömin yoxdur ki, ona iki nur, nur saçmasın: keçmişdə etdiklərinə və gələcəkdə edəcəklərinə görə qorxu nuru, İlahi fəzl və rəhmətə görə ümid nuru. Əgər birini o birisi ilə müqayisə etmək istəsələr, heç biri artıq olmaz”.

Ona görə də həqiqi mömin o kəsdir ki, həm əməllərinə görə Allahdan qorxar və həm də rəhmətinə ümid bəsləyər. Hər iki nur gərək eyni səviyyədə və ölçüdə olsun. Çünki əgər qorxu çox olarsa, insan məyus olar. Əgər ümid çox olarsa, insan günah etmək üçün cürət əldə edər. Amma əgər bərabər olarsa, insan günah etməkdən çəkinər. Tövbə etməyə təşviq olar.

 

b) İnsanı günahdan saxlaya bilən başqa bir yol – dünyanı Allahın yaratdığı kimi görmək. Yəni bu dünya Allahın yaratdığı bir yerdir və burada günah etmək Allah qarşısında günah etməkdir. Əgər insan bu həqiqəti dərk etsə, günahdan çəkinə bilər. İnsan əgər başa düşsə ki, hər bir əməlini izləyən bir kamera vardır və bu kamera hamıdan gizlindədir, əməllərinə diqqət edər və abrının aradan getməsini istəməz.

Qurani-Kərim buyurur ki, məgər bilmirsiniz ki, Allah görür. Əgər biz Allahı və İmam Zamanı (ə.f) əməllərimizə nazir olan kimi qəbul etsək və dərk etsək, öz rəftarımıza diqqət edərik.

 

c) Günahı tərk etməyin başqa bir yolu – beş hiss orqanımıza nəzarət etməkdir. Yəni, həm yediklərimizə diqqət edək, həm eşitdiklərimizə, hiss etdiklərimizə, gördüklərimizə və danışdıqlarımıza. Əgər haram mal yesək, günah işlətmək bizim üçün asan olar.

Elə ona görə də İmam Hüseyn (ə) yezid (lən) ordusunun düşmən olmasının əsl səbəbini haramxor olmaqlarında görmüşdü. İnsan günahı gözləri ilə, qulaqları ilə qəbul edər. Hiss üzvləri ilə qəbul edər. Ona görə də bu beş hiss orqanlarının kontrol edilməsi çox mühümdür.

Günahla mübarizə üçün bəzi tövsiyələr:

1. Heç bir günahı kiçik hesab etməmək, hətta əgər kiçik olsa belə.

2. Günahı tərk etməklə bağlı güclü əzmə malik olmaq.

3. Allahla əhd bağlamaq ki, günahı tərk edəcəyəm və Ondan yardım istəmək.

4. Nə zaman günah fikiri zehnimizə daxil olsa, onu xaric edək və özümüzü Allahı yada salmaqla məşğul edək.

Qurani-Kərim buyurur: “Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 201).

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..