Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 İyul 13:46
Şərh Yoxdur
1757

Gözəl əxlaq hər bir halda bəyəniləndirmi?

Həzrət Peyğəmbər (s) buyurur: “Allahın ədalət tərəzisində heç bir şey gözəl əxlaq qədər ağır deyildir”.

Gözəl əxlaqın iki mənası vardır: ümumi və xüsusi.

 

Gözəl əxlaqın ümumi mənası odur ki, insan özünü bütün bəyənilən sifətlərlə bəzəyər.

Gözəl əxlaqın xüsusi mənası odur ki, insan gülərüz olsun, xoşrəftar olsun və başqaları ilə gözəl rəftar etsin. İmam Sadiq (ə) xüsusi gözəl əxlaq barəsində buyurur: “Gözəl əxlaq odur ki, rəftarını mülayim edəsən, danşığını pakizə edəsən, qardaşını gülər üzlə qarşılayasan”. Hədislərin əksər hissəsi gözəl əxlaqın ikinci mənasından bəhs etmişdilər.

 

Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, gözəl əxlaq – İslam dininin nəzərində zati dəyərə malikdir.

Möminlərlə olan gözəl əxlaq. Quran Peyğəmbərinin (s) bu sifətini mədh etmiş və buyurmuşdur: “Muhəmməd (s) – Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar”. (“Fəth” 29).

Bu ayə buyurur ki, müsəlmanlar bir-biri ilə xoşrəftar və mehriban olmalıdır. Şadlığında şadlanmalı və qəmində qəmgin olmalıdır.

Günahkarlarla olan əxlaq. Baxmayaraq ki, müsəlman gözəl əxlaqa malikdir və hamı ilə rəftarda gülərüz olmalıdır, ancaq günahkarkar bu cür rəftara layiq deyildirlər. Onların nalayiq əməlləri qarşısında onlara gülmək lazım deyildir. Əslində müsəlmanın ilk işi onu pisliklərdən çəkindirmək və yaxşılıqlara dəvət etməkdir. (İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü, Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır”. (“Nəhl” 125).

 

Gözəl əxlaq qətiyyən yaltaqlanmaq demək deyildir. Çox təəssüf ki, bir çoxları gözəl əxlaqı yaltaqlanmaq ilə səhv salırlar. Zalım insanları mədh edir və tərifləyirlər. İnsanlığın şəxsiyyətinə ləkə vururlar. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Nə zaman əxlaqsız insan mədh olunar, İlahi ərş titrəyər, Allah qəzəblənər”.

 

Gözəl əxlaqa – bəli, biganə olmağa isə yox. Dinimiz demir ki, nə olursa-olsun insanlara həmişə gözəl rəftar göstər və onların üzünə gül. Buyurur ki, nə zaman onların pis əməllərini görsən – onlara nəsihət ver və doğru yola dəvət et, nəinki üzünə gülüb sükut et. Gözəl əxlaqı möminlərə qarşı nümayiş etdirmək – bəyənilən əməllərdəndir. Küfr edənlərə və günahkarlara qarşı isə nəhy-əz-münkər və əmr-be-məruf etmək lazımdır. Çünki bu, dinimizin ən mühüm vacibatlarından biridir.

 

İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) bizə əmr etmişdir ki, günahkarlarla üzümüzü turşudan halda üzləşək”. (Həvzəh/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..